Study Line Tədris Mərkəzi xəritədə

Study Line Tədris Mərkəzi

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 111 AZ1000 *** 1 səs

Study Line Tədris Mərkəzi haqqında

Study Line tədris mərkəzi 2008-ci ildən fəaliyyətə başlayıb. Mərkəzin yaranmasına səbəb yaşından asılı olmayaraq hər bir vətəndaşa yüksək səviyyədə ingilis dili öyrətməkdir. Biz hər bir şəxs üçün başlanğıc mərhələsindən professional mərhələyə qədər ingilis dili kursları təşkil edirik.Study Line tədris mərkəzində General English; Uşaqlar və böyüklər üçün xüsusi danışıq proqramı; İxtisaslar üzrə ingilis dili; Conversation club; TOEFL və İELTS tədris olunur.Fəaliyyətə başlayan ilk gündən mərkəzimiz öz peşəkar yerli və xarici müəllim heyəti və ciddi nəzarət sistemi ilə fərqlənmişdir. Altı illik fəaliyyəti zamanı tələbələrimizin göstərdiyi uğurlar bizim inkişafımızın bir nümunəsidir.

Tədris metodikası

Mərkəzimizdə dərslər yerli və xarici professional müəllimlər tərəfindən tədris olunur. Yerli müəllimlərimiz xarici dillər universitetini bitirmiş və xaricdə təhsil almış müəllimlərdir. Kursumuzda üstünlük əsasən danışığa verilir.Dərslər danışıq və qrammatika dərslərinə bölünür. Mərkəzimizdə həm böyüklər üçün həmdə uşaqlar üçün proqramlar mövcuddur.Müəllimlər Britaniya nəşri olan "Cutting Edge" dərs vəsaitlərindən istifadə edir.Bu vəsaitlərə danışıq kitabı, çalışma kitabı, lüğət kitabı və CD daxildir.Bu xüsusi dərsliklər tələbələrin dil bacarıqlarını hərtərəfli inkişaf etdirir.Tələbələr bu vəsaitlərlərlə kursumuz tərəfindən pulsuz təmin olunur.Dil kurslarına yazılmaq istəyən hər bir şəxs əvvəlcə bizə müraciət edərək mütləq şifahi imtahandan keçməlidir.