Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 1999-cu ilin 3 yanvarında imzaladığı ilin ilk fərmanı respublikada dövlətçiliyin, elm və təhsilin inkişafı üçün çox əhəmiyyətli bir sənəd oldu. Həmin tarixdən ölkənin və dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün zəruri sayılan yeni elm və təhsil ocağı yaradıldı. Bu təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) adlandırıldı.Respublikada dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan Akademiyanın adından da göründüyü kimi, vəzifəsi demokratik, müstəqil Azərbaycan dövləti üçün gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir.
Azərbaycan Respublikası Təhsil Nazirinin 12 iyul 2012-ci il tarixili iclasının qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçmiş hesab edilmiş, ona öz məzunlarına aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququ müəyyən edilmişdir: