Dövlət Sərhəd Xidməti xəritədə

Dövlət Sərhəd Xidməti

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 30 AZ1000 *** 3 səs

Dövlət Sərhəd Xidməti haqqında

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

AR Dövlət Sərhəd Xidmətinin Tarixi

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarını rəhbər tutur.

Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.

AR Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Xarici ölkələrin müvafiq qurumları ilə inteqrə edilmiş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin mühafizəsi, pilotların və mobil qruplarının əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələr üzrə əməkdaşlıq edilir. Eyni zamanda DSX Yaxın Şərq və Asiya ölkələrinin (BƏƏ, Çin, Qətər, İordaniya, Pakistan və s.) sərhəd mühafizə qurumları ilə təcrübə mübadiləsi və əməkdaşlıq aparır.

AR DSX regional əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran, eləcə də GUAM üzv dövlətlərinin sərhəd xidmətləri ilə məsləhətləşmələr aparılır, məlumat mübadiləsi həyata keçirilir.Bununla yanaşı, AR DSX - BMqT, BMTİP, BMTQAK, NATO, Avropa İttifaqı, Frontex, Sərhəd məsələləri üzrə beynəlxalq konfrans, GUAM, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.