Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və xarici ölkələrdə miqrant, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar şəraitin müntəzəm müşahidəsini təşkil etməkdən ibarətdir.
Birlik həmçinin Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması məqsədilə iş aparır. Birliyin “Qolos Karabaxa”, “Voice of Karabakh” qəzeti (ingilis və rus dillərində nəşr olunur) və Azərbaycan, ingilis və rus dillərində gündəlik yeniləşən internet saytı Qarabağın əzəli Azərbaycan torpağı olması, onun qanunsuz olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, milyona yaxın adamın doğma yurd-yuvasından didərgin düşməsi, həmin insanlara dəyən maddi və mənəvi ziyan, işğal olunmuş ərazilərdəki yerüstü və yeraltı sərvətlərin talan edilməsi, tarixi, maddi-mədəniyyət, memarlıq, dini abidələrin dağıdılması, yandırılması, qarət edilməsi, erməniləşdirilməsi, işğal edilmiş ərazilərin ekoloji terrora məruz qalması və s. işlə bağlı konkret faktlara, sübutlara, dəlillərə əsaslanan materialları dünya ictimaiyyətinə çatdırır.