Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu xəritədə

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Bakı, Nəsimi rayonu, Tbilisi prospekti, 57 D AZ1000 *** 0 səs

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu haqqında

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (bundan sonra «Fond» adlanır) Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılır və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni və Əməliyyat üzrə Rəhbərliyi əsas tutur.Əməliyyat üzrə Rəhbərlik Fondun fəaliyyət prinsiplərini müəyyən edən sənəddir, bu sənəd Ümumdünya Bankı ilə Azərbaycan Respublikasının hökuməti arasında əldə edilmiş razılığa və məsləhətləşmələrə əsasən, Ümumdünya Bankı və Fondun Müşahidə Şurası tərəfindən birgə işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.Fond qeyri-kommersiya qurumudur.
Fond müstəqil balansı, bank hesabları, üzərində Dövlət Gerbinin təsviri, Azərbaycan və ingilis dillərində adı yazılmış möhürü, ştampı, blankları və digər atributları olan hüquqi şəxsdir.

Fondun məqsəd və vəzifələri

Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.Fond aşağıdakı vəzifələri yerinə yetirir:

mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarına, əhaliyə fəaliyyətinin məqsədi haqqında müvafiq məlumatlar verir;
məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onlar üçün iş yerləri yaratmaq məqsədilə sorğular keçirir, tədqiqat aparır və konkret təkliflər hazırlayır;
mikro-layihələrin hazırlanmasında və həyata keçirilməsində mütəxəssislərə, qeyri-hökumət təşkilatlarına yardımçı olur;
Əməliyyat üzrə Rəhbərliyin müddəalarına uyğun olaraq, təqdim edilmiş mikro-layihələrin təkmilləşdirilməsini, qiymətləndirilməsini və qəbul edilməsini təşkil edir, həmin layihələrin həyata keçirilməsi üçün Müşahidə Şurasında məsləhətləşmələr keçirərək vəsait ayırır.