SOCAR-KPŞ xəritədə

SOCAR-KPŞ

Bakı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 AZ1000 *** 1 səs

SOCAR-KPŞ haqqında

"SOCAR-KPŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdən birini tutur. Şirkətin yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək müasir idarəetmə metodları və elm və texnikanın ən son nailiyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır.Qısa vaxt ərzində, şirkətdə onun təsisçilərinin texniki və maliyyə imkanları vasitəsilə neft-qaz və kimya sənayesi sahəsində təcrübəli, yüksəkixtisaslı ekspertlər komandası tərəfindən formalaşdırılmış, müasir idarəetmə bacarıqlarına malik çevik, mobil bir struktur yaradılmışdır.

SOCAR-KPŞ şirkətinin fəaliyyəti

Şirkət, dünyanın neft-qaz sənayesində, həmçinin Xəzər regionu, Asiya və Şimali Afrika ölkələrində aparıcı subyektlərdən birinə cevrilməklə beynəlxalq miqyasda tanınmağı qarşısına məqsəd qoymuşdur. Qeyd etmək istərdik ki, aşağıda göstərilən üç əsas istiqamət üzrə əlaqələrin qurulmasına xüsusi diqqət yetiriləcəkdir:

  • Xəzər regionu, Asiya və Şimali Afrika ölkələri ilə əlaqələr;
  • Avropa və Şimali Amerika ölkələri ilə əlaqələr;
  • MDB ölkələri ilə əlaqələr;

SOCAR-KPŞ MMC öz təsisçilərinin dəstəyindən istifadə etməklə, eləcə də bütün əmək kollektivinin səylərini birləşdirmək, texnika və texnologiyanın ən son nailiyyətlərini tətbiq etmək, təchizatçıların düzgün seçimini təşkil etmək və fərdi yanaşma üsulu ilə müştərilərin ehtiyaclarının tam təmin etmək üçün onlarla iş aparmaqla qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir. Beynəlxalq standartlara, sənaye sahələrinin tənzimlənməsi, muştəri tələbləri və digər tələblərə uyğunluğu dəqiq təmin etməklə, şirkət yerinə yetirilən işlərin keyfiyyətinə xüsusi nəzarət edir və təhlükəsizlik və ətraf mühitin qorunmasına müntəzəm olaraq diqqət verilir. “SOCAR-KPŞ” MMC, Azərbaycanın neft-qaz və kimya sənayesi obyektlərində bir sıra layihələr həyata keçirmişdir.