SOCAR-AQŞ xəritədə

SOCAR-AQŞ

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2/40 AZ1052 *** 2 səs

SOCAR-AQŞ haqqında

SOCAR-AQŞ MMC 19 dekabr 2007-ci ildə təsis edilmişdir.Müəssisənin əsas fəaliyyət sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müasir texnika və texnologiyalardan istifadə edərək neft və qaz quyularının, o cümlədən maili və xüsusi quyuların qazılması, sementlənməsi, bərkidilməsi, mənimsənilməsi, quyuların əsaslı və yeraltı təmiri, yan lülələrin qazılması, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması ilə bağlı mal, iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.Müəssisə olaraq bizi aşağıdakı dəyərlər birləşdirir və bizi yeni uğurlar əldə etməyə ruhlandırır:

  • Təhlükəsizlik-Əməliyyatların təhlükəsiz aparılması və istənilən təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, fəaliyyətimiz zamanı ətraf mühitə mənfi təsirin minimuma endirilməsi, baş verə biləcək hadisələrin və qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi bu dəyəri özündə ehtiva edən əsas istiqamətlərdir.
  • Keyfiyyətcillik-Keyfiyyətcillik bizim üçün göstərdiyimiz xidmətin tərkib hissəsi olan hər bir əməliyyatın mümkün olan ən yüksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqdır. Bu dəyər özü-özlüyündə görülən işin davamlılığını, etibarlılığını və rəqabət qabiliyyətliliyini təmin edir.
  • Dürüstlük-Dürüstlük dedikdə biz söz və əməlin eyniliyi, həmçinin ən yüksək korporativ davranış qaydalarına sadiqlik başa düşürük. Sifarişçilərimizin işin keyfiyyətinə, texniki və iqtisadi göstəricilərinə, etibarlılığına və təhlükəsizliyinə olan tələblərin, gözləntilərin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək, onlarla qarşılıqlı faydalı və etibarlı işgüzar münasibətlərin qurulmasına nail olmaq bu dəyərin əsas məğzidir.
  • Yenilikçilik-Yenilikçilik dedikdə biz gördüyümüz hər bir işdə yeni texnologiyaların, yeni yanaşmanın, yeni üsul və metodların tətbiq olunmasını başa düşürük.
  • Qənaətcillik-Qənaətcillik dedikdə öz fəaliyyətimiz zamanı israfçılığa yol verməmək, prioritetlər arasında resursları düzgün bölüşdürmək və təkrarlanan işlərdə davamlı olaraq iqdisadi səmərənin artırılmasına nail olmaq başa düşülür.

Əsas məqsədimiz qəzasız, xətasız və səmərəli xidmət göstərmək və bununla da, beynəlxalq rəqabət qabiliyyətli müəssisəyə çevrilməkdir.Bu məqsədi həyata keçirmək üçün müəssisədə İSO 9001:2008 Keyfiyyətlə İdarəetmə Sistemi, İSO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sistemi, OHSAS 18001:2007 Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sisteminin tələblərinə cavab verən prosedurların məcmusu olan İnteqrə Olunmuş İdarəetmə Sistemi tətbiq olunmuşdur. Müəssisənin fəaliyyəti İSO 9001, İSO 14001 və OHSAS 18001 standartları üzrə 17 dekabr 2009-cu il tarixində Sosyete Jeneral De Sörveyans (Societe Generale De Surveillance) şirkəti tərəfindən sertifikatlaşdırılmışdır.

SOCAR-AQŞ şirkətinin xidmətləri

  • Quyuların layihələşdirilməsi və planlaşdırılması;
  • Neft və qaz quyularının qazılması;
  • Maili istiqamətləndirilmiş quyuların qazılması;
  • Horizontal quyuların qazılması;
  • Quyuların mənimsənilməsi;
  • Quyuların əsaslı təmiri;
  • Yan lülələrin qazılması;
  • Çoxşaxəli quyuların qazılması;
  • Kəmərin endirilməsi.