Smart Resources Group (SRG) xəritədə

Smart Resources Group (SRG)

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 0 səs

Smart Resources Group (SRG) haqqında

Smart Resources Group 2011- ci ildə təsis edilmişdir və qısa müddət ərzində müxtəlif sənaye sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərə işə götürmə və digər İR xidmətləri göstərən şirkətə çevrilmişdir. Bizim əsas viziyonumuz öz müştərilərimizin uğuruna dəstək olmaq üçün onlara yüksək səviyyədə xidmət göstərən aparıcı şirkət kimi tanınmaqdır. Fəaliyyətdə olduğumuz 3 il ərzində müştəri şirkətlərimizi İT &Telekommunikasiya, Neft & Qaz, Mühəndislik&Texniki, Sığorta, Maliyyə, Hüquq, İdman və FMCG sahələrinə aid istedadlı namizədlərə olan ehtiyaclarını təmin etmişik. Şirkətimiz İşəqəbul, Headhunting, Rəhbərlərin seçimi, Beynəlxalq axtarış,İş elanı yerləşdirmə, Ousourcing, Əmək haqqlarının hesablanması və Təlim istiqamətlərində xidmət göstərir. Biz şirkətlərə və namizədlərə etibarlı və keyfiyyətli xidmət təklif edirik.

SRG İR xidmətləri

Biz çalışqan, peşəkar, məsuliyyətli və yüksək araşdırma qabiliyyətinə malik komandamıza güvənirik. Əsas məqsədimiz bizə müraciət edən şirkətin işçi ehtiyacının təmini üçün tələbə uyğun düzgün və peşəkar namizədlə təmin etməkdir. Bunun üçün yüksək araşdırma qabiliyyətinə malik komandamız daimi olaraq yeni mənbələr araşdırmasındadır. Qısa zamanda SRG öz müştəri şirkətləri və namizədləri arasında peşəkar münasibətlər qurmağa nail olmuşdur. SRG şirkət və namizədlər arası əlaqələrin professional şəkildə icrasını təmin etməsində çox tələbkardır. CV-lər namizədin icazəsi olamadan heç bir şirkətə göndərilmir. Düzgün vəzifəyə düzgün namizədi tapmaq bizim əsas prioritetimizdir. Bizim əsas missiyamız düzgünlük, obyektivlik və yüksək keyfiyyət prinsipləri əsasında hər bir müştərimizin işəqəbul, iş elanı yerləşdirmə, ousoursinq, əmək haqqlarının hesablanması və təlim xidmətləri sahəsində fərdi tələbatlarını yüksək səviyyədə yerinə yetirməkdir.