Şirvan İdman Olimpiya Kompleksi xəritədə

Şirvan İdman Olimpiya Kompleksi

Məşədi Əzizbəyov küçəsi, Şirvan, 1 AZ1812 *** 1 səs

Şirvan İdman Olimpiya Kompleksi haqqında

6 hektarlıq ərazidə inşa edilmiş Şirvan Olimpiya İdman Kompleksi Azərbaycanın ən böyük idman mərkəzlərindən biridir. 2013-cü il iyulun 1-də istifadəyə verilib.5 blokdan ibarət əsas binanın A blokunda (66x45 m) yerləşən üzgüçülük zalının hovuzunun ölçüsü 50x21 m, tamaşaçı tutumu 372 nəfərdir. B blokunda güləş zalının ölçüsü 30x18m, tamaşaçı oturacaq yerlərinin sayı 223 nəfərlikdir. İkinci mərtəbədə cüdo (20x18 m) və boks zalları (24x12 m) yerləşir.C blokunda (48x42 m) oyun meydançasının ölçüsü 42,2x24 m, tamaşaçı tutumu 780 nəfər olan universal idman zalı yerləşir. Zalda idmançılar mini futbol, voleybol və basketbol ilə məşğul ola bilərlər. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkündür.

Şirvan İdman Kompleksi

D blokunda 3 mərtəbəli, 20 otaqdan ibarət 44 yerlik müasir mehmanxana da fəaliyyət göstərir. Mehmanxanada qonaqların və idmançıların qalması, istirahəti üçün hər cür şərait yaradılıb. Burada 14 ədəd 2 nəfərlik, 2 ədəd 3 nəfərlik, 4 ədəd lüks yaşayış otaqları, 64 yerlik restoran və yardımçı otaqlar yerləşir.E blokunda 50 nəfərlik konfrans zalı, bilyard zalı, kafe-bar və köməkçi sahələr yerləşir.Kompleksin ərazisində beynəlxalq standartlara uyğun olaraq inşa edilmiş futbol stadionunun (105 x 68 metr) 900 tamaşaçı oturacağı, müasir işıqlandırma sistemi və elektron tablosu var. Stadionda ölçüsü 120 x 7,6 metr olan süni örtüklü atletika zolağı da yaradılıb. Bundan əlavə 44 x 22 metr ölçüdə, 8 mm-lik süni örtüklü böyük tennis idmanı və mini-futbol üçün nəzərdə tutulmuş idman meydançası inşa edilib.