SinoTour xəritədə

SinoTour

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1025 *** 3 səs

SinoTour haqqında

“Sino Tour” – Azərbaycanda macəra turizmi və fəal istirahət üçün müraciət edə biləcəyiniz şirkətdir. Bu layihə yüksək keyfiyyətli fəal turizmin təkmilləşdirilməsini, onun yerli və beynəlxalq bazarda inkişaf etdirilməsini öz üzərinə götürüb. 2014-cü ilin sentyabrında öz ölkəmizdə lisenziya (nömrəsi - 083840) almış və turizm sahəsində professional heyətlə işləmək üçün tam səlahiyyət əldə etmişik. Şirkətimiz müxtəlif ölkələrdən qonaqlar qəbul edir, artıq onlardan bir çoxu bizim daimi müştərilərimizdir.

Şirkətin xidmətləri

İndi siz “Sino Tour” şirkətinin Azərbaycandakı turist xidmətləri haqda təqdim etdiyi maraqlı informasiyalarla tanış olacaqsınız. Burada sizə ideal səyahət planlaşdırmağa kömək edəcək maraqlı təkliflər təqdim edilir. Bunun sayəsində növbəti unudulmaz səyahətiniz haqda təsəvvür əldə edə biləcəkiniz. Şirkətimiz vasitəsilə Azərbaycanın və digər ölkələrin dilbər guşələrində, ən yüksək səviyyədə xidmət kompleksini təmin edən nüfuzlu kurort və çimərliklərində rahat və əlverişli istirahət edə biləcəksiniz. Bizim məqsədimiz müştərilərimizin keyfiyyətli istirahətini təmin etməkdir.

“Sino Tour”un əsas fəaliyyət istiqamətləri

  • Turistlərin qəbulu və xidmət göstərilməsi;
  • Turizm, mehmanxana, mədəniyyət və maraqlı idman, ekskursiyalar, nəqliyyat sahələrində xidmətlərin göstərilməsi;
  • Turistik və səyahət sənədlərinin, xarici səfirlik və miqrasiya vizalarının müəyyən edilmiş qaydada qeydiyyatı;
  • Müştərilərə aviabiletlərin müvafiq köçürülmə ilə təqdim edilməsi;
  • Müştərilərin istirahət və iş üçün lazımi şəraiti olan mehmanxanalara yerləşdirilməsi;
  • Bələdçi və müşayiət edən şəxsin təminatıyla birgə istənilən ekskursiya və əyləncənin təşkil edilməsi;
  • Səyahətlərin təşkil edilməsi, turistlərin sığortası üzrə xidmətlərə yardım edilməsi və valyuta mübadiləsi.

“Sino Tour” öz müştərilərinə ancaq etibarlı və dəqiq informasiyalar təqdim edir, sınaqdan keçirilmiş və etibarlı operatorlarla birgə işləyir. Bizdə yüksək ixtisaslı, professional menecerlər işləyir, buna görə də Sizin yüksək keyfiyyətli istirahətinizə zəmanət veririk. Siz istirahət edirsiniz – biz Sizin üçün işləyirik!