Şəki Olimpiya Kompleksi xəritədə

Şəki Olimpiya Kompleksi

Salman Mümtaz küçəsi, Şəki, 1 AZ1000 *** 0 səs

Şəki Olimpiya Kompleksi haqqında

Yenidən qurma və genişləndirilmə işlərindən sonra yenicə istifadəyə verilmiş Olimpiya İdman və İstirahət kompleksi eyni zamanda 200 nəfər qonaq qəbul etmək gücünə malikdir.Yerləşdirmə tipi hotel binası və kotteclər olmaqla iki yerə bölünür. Otel binası iki mərtəbəli, kotteclər isə bir və iki mərtəbəlidirlər. İstər kottecdə, istərsə də Otel otaqları yüksək zövqlə bəzədilmiş, mərkəzləşdirilmiş isitmə-soyutma və havalandırma sistemləri ilə təchiz edilmişdir. Müxtəlif idman oyunlarının keçirilməsi üçün zallarla yanaşı, burada rəsmi görüşlərin, tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır.Qonaqların vaxtlarını səmərəli keçirməsi üçün kompleksdə stolüstü tennis, bilyard, qapalı hovuz, sauna, böyük tennis kortu, Aquapark, uşaqlar üçün oyun zalı və s. xidmətlər fəaliyyət göstərir. Bütünlükdə göstərilən xidmət səviyyəsinə, xidmətin çeşidlərinə və otaqların ləvazimat təchizatına görə bu kompleksin fəaliyyəti 5 ulduz standartlarına tam cavab verir.

Otaqlar və kotteclər Şəki Olimpiya Kompleksində

Nömrə fondu hotel binası, bir və iki mərtəbəli kotteclərdən ibarətdir

  • Twin 1 - 2 ayrı çarpayı, TV(28 kanal),mini bar, seyf,hamam (duş kabin) - 80 AZN
  • Twin 2 - 2 ayrı çarpayı, TV(28 kanal),mini bar, seyf,hamam (duş kabin) - 90 AZN
  • Queen 1 - 2nəfərlik taxt,TV(28 kanal),mini bar, Seyf, hamam (duş kabin) - 90 AZN
  • Queen 2 - 2nəfərlik taxt,TV(28 kanal),mini bar, Seyf, hamam (duş kabin) - 100 AZN
  • Triple - 3 ayrı çarpayı, TV(28 kanal),mini bar, seyf,hamam (duş kabin) - 120 AZN
  • Quarter - 4 ayrı çarpayı, TV(28 kanal),mini bar, seyf,hamam (duş kabin) - 130 AZN

Bütün otaq qiymətlərinə daxildir:

  • Səhər yeməyi
  • Qapalı hovuz
  • Aqua park
  • Böyük teniss kortu
  • Fitnes zal
  • İnternet zal

Şəki Olimpiya Kompleksin xidmətləri

  • Çeşidli idman oyunlarının keçirilməsi üçün idman zalı
  • İnternet zalı
  • Restoran və Bar
  • Sauna
  • Futbol meydançası
  • Stolüstü tennis
  • Böyük tennis kortu
  • Trenajor
  • Uşaq əyləncə mərkəzi
  • Aquapark
  • Bouling
  • Bilyard
  • Konfrans zalı
  • Qapalı hovuz