Şəki Apellyasiya Məhkəməsi xəritədə

Şəki Apellyasiya Məhkəməsi

Sabit Rəhman küçəsi, Şəki, 7 AZ1000 *** 0 səs

Şəki Apellyasiya Məhkəməsi haqqında

Şəki Apellyasiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri
tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.

Şəki Apellyasiya Məhkəməsinin yaradılması

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə - hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi yaradılmışdır: - birinci instansiya, - apellyasiya instansiyası, - kassasiya instansiyası.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli, Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanla bu sistem yeni mərhələyə qədəm qoymuşdur.

Şəki Apellyasiya Məhkəməsi 16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamışdır.Şəki Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati-İqtisadi Kollegiyadan, Cinayət Kollegiyasından və Hərbi Kollegiyadan ibarət yuxarı instansiya məhkəməsidir.
Şəki Apellyasiya Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.