Şərur Rayon Məhkəməsi xəritədə

Şərur Rayon Məhkəməsi

Naxçıvan MR, Şərur rayonu, 28 May küçəsi, 3 AZ6800 *** 0 səs

Şərur Rayon Məhkəməsi haqqında

Şərur Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şərur rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Şərur Rayon Məhkəməsi 1930-cu ildə yaranmış,əvvəlki adı Noraşen Rayon Məhkəməsi olmuşdur. 1964-cü ildən Noraşen inzibati ərazi vahidi İliç rayonu adlandırılmışdır. O cümlədən, həmin tarixdən Noraşen Rayon Məhkəməsi də İliç Rayon Məhkəməsi adlandırılmışdır.Şərur Rayon Məhkəməsində 1 məhkəmə sədri və 1 hakim fəaliyyət göstərir. Məhkəmənin yeni binası 18 dekabr 2009-cu ildə istifadəyə verilmişdir.Şərur Rayon Məhkəməsinin fəaliyyət göstərdiyi əraziyə Şərur şəhəri və Şərur rayonunun 63 kəndi daxildir.