Shans-S xəritədə

Shans-S

Bakı, Nərimanov rayonu, Ziya Bünyatov küçəsi, 106V AZ1052 *** 1 səs

Shans-S haqqında

“Shans - S“ FAW şirkətinin Azərbaycan da olan rəsmi təmsilçisidir.Bu şirkət çin avtomobillərinin satışını həyata keçirir. Fəaliyyətə başladığı birinci gündən bu günə kimi FAW şirkəti çin avtomobil bazarında birinciliyini qoruyub saxlaya bilib.Bu şirkət öz fəaliyyətini yük avtomobillərinin istehsalı ilə başlayıb. Daha sonralar FAW minik avtomobillərinin istehsalını təmin edib. Bu günkü gündə FAW şirkətində son model minik avtomobillərinin istehsalı aparılır. Bununla yanaşı yük avtomobillərinin sənayesi də davam etdirilir. Şirkət müştərilərinə fərqli və özünəməxsus münasibəti ilə fərqlənir. İşçi heyəti öz elmi və texniki biliklərinə əsaslanaraq şirkətin daha yüksək nailiyyətlər əldə etməsi üçün əllərindən gələni edirlər. FAW avtomobil sənayesində lider olamağa can atır. İl ərzində bir milliondan artıq avtomobil vasitələri istehsal edən bu şirkət birincilik əldə etmək istəyir. Dünya avtomobil bazarlarında da geniş mövqeye malikdir. Shans-S mərkəzlərində FAW avtomobillərinin istənilən modelinin geniş çeşidi satılır, xidmətlərin göstərilməsi, zəmanətli və zəmanətdən sonra xidmət, ehtiyat hissələrinin satışı və quraşdırılması da həyata keçirilir. Mərkəz ən son avadanlıqlarla təchiz olunub. İxtisaslaşdırılmış mütəxəssislər işin keyfiyyətli təşkili üçün əllərindən gələni əsirgəmirlər.