Shakh Park Bulvar xəritədə

Shakh Park Bulvar

Bakı, Səbail rayonu, Neftçilər prospekti AZ1000 *** 1 səs

Shakh Park Bulvar haqqında

Məşhur zinyət evi "Shakh" keçən yüzilliyin sonuna doğru - 1896-ci ildə yaradılmışdır. Hələ o zamandan bu günə kimi incə və zərif zərgərlik peşəsinə sevgi nəsildən nəslə ötürülmüşdür. Məhz bu ənənə sayəsində Azərbaycan zərgərlik sənətinin incəlikəri qorunub saxlanıla bilmişdir. XX əsrin əvvəllərində şirkət artıq tam olaraq Bakıda və Gəncədə fəaliyyət göstərərək Azərbaycanda tanına bilmişdir. "Shakh" kolleksionerlərin, təcrübəli ustaların, qiymətli zinyətə dəyər verən və sevən insanların etimadını qazana bilmişdir. Bir neçə il şirkət öz fəaliyyətini dayandırmalı olmuş və 1994-cü ildə fəaliyyətini bərpa etmişdir. Artıq bu dəfə "Shakh" sərhədlərini genişləndirərək Azərbaycanın hüdudlarından kənara çıxmış, dünya biznesinin genişləndiyi BƏƏ -də nümayəndəliyini açmışdır. Burada şirkətin zərgərlik məmulatları istehsal olunmağa və satılmağa və böyük müştəri məmnuniyyətini qazanmağa balşanıldı.

Shakh şirkətinin fəaliyyəti

Bizim təcrübəli zərgərlər "Shakh" brendinin ən müasir modellərini təqdim edirlər ki, onlar ən son "High-tech" italiyan texnologiyası və avadanlığından istifadə edirlər. Şirkət Bakının zinyət bazarına 2005- ci ildə milli multibrend evi olaraq qayıtdı. Şirkət məşhur zinyət brendələrinin rəsmi distribütoru sayılır. Onlar arasında fransız "Korloff", italiyan Ninetto Terzano, Ponte Vecchio Gioielli, Marco Bicego, Alessandro Fanfani, isveçli - Armand Nicolet brendlərinin adını çəkmək olar. Bizim ustalar hər bir əşyanı düzəldərkən ona ürək və sevgilərini qoyurlar ki, bunun nəticəsində alınan məhsulda bu aşkar hiss olunur. Вizim butiklərdə istənilən alıcının tələb və zövqünü uyğun müxtəlif kolleksiyalar var. Burada siz həm də öz istəyinizə uyğun eksklüziv zinyətin hazırlanması sifarişini də verə bilərsiniz. Mağazamızı ziyarət edərkən siz təqdim olunan zərgərlik nümunələrini layiqincə qiymətləndirəcəksiniz.