Şahbuz Rayon Məhkəməsi xəritədə

Şahbuz Rayon Məhkəməsi

Şahbuz rayonu, Naxçıvan MR, H.Ə.Əliyev küçəsi AZ71000 *** 0 səs

Şahbuz Rayon Məhkəməsi haqqında

Şahbuz Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şahbuz rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən Babək) rayonuna verilmişdi. 1965-ci ildən yenidən müstəqil rayondur. 23 avqust 1934-cü ildə Azərbaycan MİK və XKS-in qərarı ilə “Məhkəmə quruluşu haqqında” 1927-ci ildə qəbul edilmiş Əsasnamədəki dəyişikliyə əsasən Naxçıvan MSSR-də xalq məhkəmələri yaradılmışdır. O vaxtdan da Şahbuz Rayon Xalq Məhkəməsi fəaliyyətə başlamışdır (indiki Şahbuz Rayon Məhkəməsi).