Şah Sarayı Restoranı xəritədə

Şah Sarayı Restoranı

Xəmsə bağı, Gəncə, Vəli Xuluflu küçəsi AZ1000 *** 1 səs

Şah Sarayı Restoranı haqqında

Şah Sarayı Gəncəbasar şadlıq sarayları arasında öz memarlıq üslubu və tərtibatı ilə yenilikçi olduğu kimi restoran biznesi və kütləvi şənliklərin təşkilində də regiona bir sıra innovasiyalar (yeniliklər) gətirmiş oldu. Belə ki, istər personal xidməti, istər mətbəx istərsə də müştəri rahatlığı və gigiyenik hazırlanma baxımından Şah Sarayı 3 iyun 2004-cü ildən regionda liderdir. Toy və nişan şənliklərinin təşkili zamanı gənclərin zövqünün nəzərə alınması Şah Sarayını region gəncləri arasında ən sevimli şadlıq evinə çevirmişdir. Aparılan statistik sorğular zamanı «Öz toyunuzu harada qeyd etmək istərdiniz?» sualına hər 100 gəncdən 65-nin «Şah Sarayında» cavabını verməsi bizim ən böyük nailiyyətimizdir. Lakin biz sadaladığımız nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Daimi sürətdə marketinq bazarımızı genişləndirərək biz müştərilərin ildən-ilə dəyişən zövqünü təmin etməyə çalışır və dünyanın aparıcı restoran və əyləncə mərkəzləri ilə partnyorluq əlaqələri qururuq. Hər il personal üçün xaricdən dəvət olunan peşəkarların iştirakı ilə məcburi seminarlar keçirir və onların peşə hazırlığını artırmağa çalışırıq. İsti və soyuq təamlarımızdan nümunələrin daimi surətdə, könüllü olaraq sanitar laboratoriyalarına göndərməmiz müştərilərimizin sağlamlığına daha çox önəm verməmizdən irəli gəlir. Biz sizlər üçün həqiqətən Şahlara layiq bir məkan yarada bilməyimizlə fəxr edir və bu məkanı Şahlara layiq diqqət və qayğı ilə əhatə etməyə çalışırıq.