Shah Palace Hotel xəritədə

Shah Palace Hotel

Bakı, Səbail rayonu, Böyük Qala küçəsi, 47 AZ1000 *** 2 səs

Shah Palace Hotel haqqında

Əzəmətli və eleqant dizayna malik olan Shah Palace Oteli Bakının təkrarolunmaz tarixi hissəsində - İçəri Şəhərdə qapılarını sizlərə açmaqdan qürur duyur. Klassik və milli memarlıq nümunələrinin uğurlu kombinasiyasını özündə birləşdirən, eyni zamanda, mərmər, daş və təbii taxta ilə inşa edilmiş Shah Palace dəbdəbəsi ilə heyran edir. Klassik üslubda döşənmiş mebellər və inanılmaz işıqlandırma sizi “Min Bir Gecə” nağıllarına qonaq edəcək. Shah Palace Oteli diqqətinizə mükəmməl biznes və istirahət imkanları çatdırır. Biznes qonaqlar üçün yaradılmış iş şəraiti, konfrans otağı və yüksək sürətli internet imkanları gün ərzində ixtiyarınızdadır.