Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi xəritədə

Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi

Bakı, Nərimanov rayonu, Ziya Bünyatov prospekti, 15 AZ1141 *** 1 səs

Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi haqqında

"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır.1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sənayecihaz" EİM müxtəlif maye, o cümlədən aqressiv mayelər üçün sərfin və təzyiqin geniş diapazonunda sərfölçənlər, sayğaclar, dozatorlar və siqnalizatorlar layihələndirir və istehsal edir.Bu cihazların tətbiqi neft sənayesi, mülki və hərbi gəmiqayırma, aviasiya və raket texnikası, kommunal təsərrüfat, atom-elektrik stansiyaları və istilik elektrik mərkəzlərində nəzərdə tutulur.Bundan başqa müəssisə müxtəlif təyinatlı mülki məhsullar, o cümlədən xalq istehlakı malları layihələndirir və istehsal edir, qaz və su sayğaclarının təmiri və servis xidmətini də həyata keçirir.

"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin məhsulları

"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin məhsulları xüsusi təyinatlı məhsullar və mülki təyinatlı məhsullardır.Xüsusi təyinatlı məhsullar
Dozatorlar, Sərfölçənlər və sərf çeviriciləri, Maye sayğacları, Siqnalizatorlardır.

Dozatorlar

  • Maye neft məhsullarının və aqressiv mühitlərin çəki və həcm vahidlərində dozalanma qurğuları;
  • Dəniz suyunun, dizel yanacağının, yağın və amilin dozalanması üçün
  • "УРАН-3" dozatoru;
  • Maye karbonikioksidin dozalanma qurğusu "УДУ–15–150";
  • ПВК mayesinin aviayanacağa daxil edilməsi üçün qurğular "УВП-40"; "УВП-100".

Sərfölçənlər və sərf çeviriciləri

  • Neft və neft məhsulları üçün turbin sərfölçəni "ТУРБОДИФ";
  • Aviayanacağın sərfölçəni "ЛЖД–150–64";
  • Dəniz suyu, dizel yanacağı, yağ və amil üçün sərf çevirici "УРАН – 1";
  • Neft məhsullarının, amilin, suyun sayğaclı sərfölçəni "НЕПТУН";
  • Maye bitumun həcmi miqdarını və sərfini ölçmə qurğusu "УИЖБ – 50";
  • Su distilyatorunun sərfölçəni "СВИРЕЛЬ";

Maye sayğacları:

  • Maye sayğacları (aqressiv olmayan neft məhsulları üçün) "КцЖУ";
  • Mayenin (neft məhsullarının) vintli sayğacları "ВЖУ";
  • Aqressiv mayelər üçün verilmiş dozanı siqnalizasiya edən ultrasəs sayğacı "СВХД";

Siqnalizatorlar:

  • Ventilyatorların iş siqnalizatorlari "СИГНАЛ В1", "СИГНАЛ В";
  • Müxtəlif mühitlərin sərf siqnalizatorlari "СИГНАЛ П", "СИГНАЛ М1";
  • Nasosların iş siqnalizatorlari "СИГНАЛ Н". 

Mülki təyinatlı məhsullar

  • Xəstəxanalar üçün tibb çarpayıları;
  • Kənd təsərrüfatında istifadə olunan su çiləyən qurğu;
  • 2 düymlü ölçüyə qədər borular üçün sıxac;
  • Elektroqril;
  • Qatlanan pilləkən;
  • Vintli pres;
  • Repelent;
  • Daxili elektrik ayırmaları üçün qutu.