Şəmkir Heydər Əliyev mərkəzi xəritədə

Şəmkir Heydər Əliyev mərkəzi

Heydər Əliyev prospekti, Şəmkir, 5 AZ1000 *** 0 səs

Şəmkir Heydər Əliyev mərkəzi haqqında

Mərkəz Ulu öndərin həyat və fəaliyyətinin zəngin irsinin öyrənilməsi və təbliğ edilməsi,elmi-kütləvi beynəlxalq tədbirlərin,konfransların təşkil edilməsi sahəsində fəaliyyət göstərir.7 893.22kv/m ərazidə tikilən mərkəzin binası müasir rasionalizm üslubunda inşa edilmişdir.Mərkəz 2 sektordan A və B sektorlarından ibarətdir.A sektoru 2 , B sektoru isə 4 mərtəbədən ibarətdir.Mərkəzin binasında kiçik və böyük konfrans zalı,təqdimat zalı, kinozal, 15.000 kitabdan ibarət kitabxana fondu, Ulu öndərin həyat və fəaliyyətinin müvafiq dövrlərini interraktiv şəkildə əks etdirən və altı dildə səsləndirən monitorlar olan qalereya , muzey,ViP kafe fəaliyyət göstərir. Mərkəzdə müxtəlif regional, ümumrespublika və beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır.

Mərkəzin strukturu

Mərkəzin birinci mərtəbəsinin girişi Ön planda HeydərƏliyevin heykəli Heykəlin müəllifi Azad Əliyevdir.Sol tərəfdə Heydər Əliyevin həyat və fəaliyyətinin əsas dövrləri haqqında məlumat. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrləri haqqında mükəmməl məlumat verilməsini təmin etmək məqsədilə müasir muzey texnologiyalarından səmərəli istifadə təşkil edilmişdir.Birinci mərtəbə boyu yüksələn yarımdairəvi pilləli yol boyu qurulmuş monitorlar bizi Heydər Əliyevin həyat və fəaliyyətinin əasa dövrləri ilə tanış edir.Ulu Öndərin həyatını əks etdirən bu yol ilə irəlilədikcə onun yüksəlişini,Azərbaycan tarixinin İkinci Dünya müharibəsindən sonrakı tarixinin bütün mərhələlərində onun əvəzedilməz rolunu görmək mümkün olur.Böyük monitorlarla birgə,kiçik monitorlarda Heydər Əliyevin həyat və fəaliyyətinin müvafiq dövrünə aid nadir çəkillər nümayiş etdirilir.