Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası xəritədə

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası

Bakı, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7A AZ1106 *** 1 səs

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası haqqında

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyyası ilk dəfə Zaqafqaziya diyar dövlət sortşəbəkəsinin Azərbaycan filialı kimi 1934-cü ildə təşkil edilmiş və 1937-ci ilədək “Zaqafqaziya diyar dövlət sortşəbəkəsinin Azərbaycan filialı” adı altında mövcud olmuşdur. 1938-ci ilin əvvəllərində filial yenidən təşkil edilərək SSRİ Xalq Komisarları Sovetinin 29 iyun 1937-ci il tarixli 1018 nömrəli qərarı ilə sərbəst olmaqla “Azərbaycan SSR üzrə dənli, yağlı və ot bitkilərinin sınağı üzrə Dövlət Komissiyası Müfəttişliyi” adlanmışdır.

1954-cü ildə yenidən təşkil olunma ilə əlaqədar müfəttişlik Azərbaycan SSR Nazirlər Sovetinin 7 dekabr 1953-cü il tarixli 2895 nömrəli qərarı ilə “SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə kənd təsərrüfatı bitkilərinin sınağı üzrə Dövlət Komissiyası Müfəttişliyi” adlandırılmışdır. Ölkə öz müstəqilliyini bərpa etdikdən (1991) sonra, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş (15 noyabr 1996-cı il, № 197-IQ) və bu qanunun tələblərinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə kənd təsərrüfatı bitkilərinin sort-sınağı üzrə Dövlət Komissiyası bazasında Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası yaradılmışdır.

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyyasının əsas vəzifələri:

  • Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi sahəsində vahid siyasəti həyata keçirmək;
  • seleksiya nailiyyətlərinin mühafizə hüququnu təmin etmək;
  • seleksiya nailiyyətlərinin sınaqdan keçirilməsi və mühafizəsində vahid dövlət xidmətinin effektivliyini təmin etmək;
  • tabeçiliyində olan struktur bölmələrin elmi-metodoki və təşkilati-təsərrüfat fəaliyyətlərinə rəhbərlik etmək;
  • seleksiya nailiyyətlərinin mühafizəsi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçmək

Dövlət Komissiyasının əsas fəaliyyət istiqamətləri:

  • Patent və sınaq üçün sifarişlərin (ərizə və sənədlərin) qəbulu və ekspertizası;
  • Sort-sınaq prosesi (tarla sınaqları və laboratoriya analizləri);
  • Nəticələrin interpretasiyası və təkliflərin hazırlanması;
  • Sınaq və rayonlaşdırılma üzrə Komissiyanın Respublika müşavirəsinin keçirilməsi (nəticələrin
  • müzakirəsi, rayonlaşma, sınağa qəbul etmə və sınaqdan çıxarılmaya dair qərar qəbul olunması);
  • Patent və müəlliflik şəhadətnamələrinin verilməsi, ləğv edilməsi, lisenziya müqavilələrinin dövlət
  • qeydiyyatının aparılması, seleksiya nailiyyətləri barədə məlumatların dərc edilməsi.