Sazz Balakən xəritədə

Sazz Balakən

Heydər Əliyev prospekti, Balakən, 25 AZ1000 *** 1 səs

Sazz Balakən haqqında

2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılmış SAZZ əmtəə nişanı Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur.2005-ci ildə rəsmi qeydiyyatdan keçən "AzQtel" şirkəti 2008-ci ildən etibarən Azərbaycanda ilk genişzolaqlı simsiz İnternet xidməti göstərməyə başlayıb. SAZZ 4G Şəbəkəsi IEEE 802.16e-2005 standartlarında 3,5-3,6 Ghz tezlik diapazonunda işləyir.

2009-cu ildə "AzQtel" şirkəti telekommunikasiya avadanlıqlarını istehsal edən transmilli ZTE şirkəti ilə müqavilə bağlayaraq ümumdünya şəbəkəsinə genişzolaqlı simsiz girişi təmin edən cihazları Azərbayacana gətirib.Yüksək sürətli genişzolaqlı Sazz İnternet şəbəkəsinin əhatə dairəsinə Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Quba, Qusar, Xaçmaz, Qax, Balakən, Şəki, Zaqatala, Lənkaran, Masallı, Lerik, Astara və Abşeron yarımadasının əksər qəsəbələri. Sazz İnternet şəbəkəsinin xəritəsini saytımızda görə bilərsiniz.

Sazz 4G

Sazz 4G provayderi İnternetə yüksək sabit sürətlə çıxışı təmin edən ayrılmış simsiz xətt xidməti göstərməyə başlayıb. SkyPort adı ilə təqdim olunan bu məhsul müasir 4G texnologiyaları ilə dəstəklənir və bir sıra mühüm üstünlükərə malikdir. Belə ki, SkyPort məhsulu abunəçilərə saniyədə 5 meqabitdən başlayan və 100 meqabitə qədər təyin oluna bilən sabit ötürmə sürəti ilə təqdim olunur. Bu məhsul Sazz 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. Xidmətin daha bir üstünlüyü onun daşınabilən olmasıdır. Gələcəkdə ünvan dəyişikliyi baş verdikdə abunəçi SkyPort avadanlığının yeni mövqeyə keçirilməsi üçün müraciət edə bilər. SkyPort həmçinin məlumatların təhlükəsizliyi baxımından da tam arxayınlıq verir. SkyPort ayrılmış simsiz internet xətti həm əsas, həm də ehtiyat (back-up) xətti kimi istifadə oluna bilər.Yeni məhsulun əsasən hüquqi şəxslər üçün nəzərdə tutulduğuna baxmayaraq ondan fiziki şəxslər faydalana biləcəklər.

Sazz Wimax Texnologıyası

Sazz 4G genişzolaqlı simsiz İnternet Mobile WiMAX texnologiyası əsasında İnternetə simsiz daxilolmanı asanlaşdıran texnologiyadır. Sazz Sizə İnterneti daha əlçatan etməyə kömək edəcək. Harada olmağınzdan asılı olmayaraq - evdə, işdə, avtomobilinizdə, istirahətdə - əhatə zonası çərçivəsi daxilindəki şəbəkə hər zaman xidmətinizdədir. Elektron poçtu oxumaq və ya musiqi dinləmək, sosial şəbəkələrdə ünsiyətdə olmaq, online videoya baxmaq və ağır faylları yükləmək üçün seçiminizdə azadsınız. Nə trafik, nə də vaxt etibarı ilə heç bir məhdudiyyət olmadan İnternetdən istədiyiniz qədər istifadə edə biləcəksiniz. Sadəcə aylıq istifadə haqqını ödəyərək limitsiz İnternetdən doyunca istifadə edə biləcksiniz. Şəhərin bir nöqtəsində İnternetə qoşulmaqla şəhərin müxtəlif rayonlarındakı əhatə zonalarında maneəsiz Sazz İnternetdən istifadə edə bilərsiniz. Yüksək sürətli genişzolaqlı Sazz İnternet şəbəkəsinin əhatə dairəsinə Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Quba, Qusar, Xaçmaz, Qax, Balakən, Şəki, Zaqatala, Lənkaran, Masallı, Lerik, Astara və Abşeron yarımadasının əksər qəsəbələri. Sazz İnternet şəbəkəsinin xəritəsini saytımızda görə bilərsiniz.