Sapphire Marine Hotel xəritədə

Sapphire Marine Hotel

Bakı, Səbail rayonu, Namiq Quliyev küçəsi, 43 AZ1095 *** 1 səs

Sapphire Marine Hotel haqqında

Şixov qəsəbəsində yerləşən Sapphire Marine Hotel ziyarətinizin səbəblərindən asılı olmayaraq sizin üçün əla seçim olacaq. İş, ailəvi istirahət, dostlarla birgə istirahət və ya sadəcə təklikdə qalmaq istəyi - otelimizin bütün hallar üçün əlverişlidir.Geniş və rahat otaqlar, zərif xörəklərin hazırlandığı restoran, fitnes və spa imkanları, hovuz, hamamlar və oteldən cəmi bir neçə addımlıqda olan dəniz - bütün bunlar hər bir insanın arzuladığı şeylərdir.

Xidmətlərimiz

Bizim nömrələr bütün müasir rahatlıqlarla təchiz edilib: kondisioner sistemi, kabel televiziyası, İnternet. Otelimizdə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Biz tərəfdən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, parkinq xidməti, görüşlərin təşkili, restoran, bar, fitnes və spa prosedurlar kimi xidmətlər təqdim olunub. Banket və tədbirlərin keçirilməsi üçün isə otelimizdə Maxim restoranı fəaliyyət göstərir.

Otaqlar

Sapphire Marine Hotel 36 geniş otaqlardan ibarətdir. Onlardan 17-si biznes, 14-ü delyuks, 5-i isə birləşdirilmiş nömrələrdir.Otelimizin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Nömrələrdə dənizə baxan eyvanlar var. Otelimizdə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb.*Hər nömrə ikiyataqlı çarpayı, həm duş kabini, həm də vanna ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi, İnternet, internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.

Restoran

Sapphire Marine Hotel otelində fəaliyyət göstərən restoran qonaqlara aşpazlarımızın hazırladığı zərif xörəklərdən rahat və gözəl mühitdə dadmağı təklif edir. Restoranın menyusuna həm milli, həm də dünya mətbəxinin xörəkləri, habelə yaxınlıqda olan Xəzər dənizində tutulan təzə balıqdan hazırlanan xörəklər daxildir.Böyük tədbirlər, banketlər və əyləncə gecələri üçün oteldə fəaliyyət göstərən Maxim restoranının xidmətlərindən istifadə etməyi təklif edirik. Maxim restoranında biz hər bir qonağa fərdi şəkildə yanaşırıq və bu, masanın bəzənməsində, menyunun təltif olunmasında və digər vacib detallarda özünü göstərir. Sizin üçün əlamətdar olan gün bizim üçün də xüsusi önəm daşıyır. Məhz buna görə biz tədbirinizin, toy mərasiminizin və banketinizin yaxşı keçməsi üçün ideal şərait yaratmağa və ən yaxşı xidmət təqdim etməyə hazırıq.