Sapphire Hotel xəritədə

Sapphire Hotel

Bakı, Səbail rayonu, Səməd Vurğun küçəsi, 23 AZ1095 *** 2 səs

Sapphire Hotel haqqında

Sapphire Hotel Baku klassik dizayn məktəbinin əla nümunəsidir. Gözqamaşdırıcı interyer, qulluqpərəst işçi heyətimiz və mükəmməl xidmət otelimizi şəhərin ən yaxşılarından biri edir.Otelin əlverişli yerdə yerləşməsi Sapphire Hotel Baku otelini logistika baxımından da əlverişli edir. Şəhərin düz mərkəzində yerləşən Sapphire Hotel Baku aktiv həyat tərzi yaşayanlar üçün və ya şəhərin əsas görməli yerlərini ziyarət etmək istəyən xarici qonaqlar üçün əla seçimdir. Biznes, ticarət və əyləncə, mədəniyyət mərkəzləri, Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı - bütün bunlar əlinizin altında olacaq.

Otelin xidmətləri

Sapphire Hotel Baku otelinin qonaqlarının əlavə rahatlığı üçün isə biz taksi sifarişi və fərdi parkinq xidmətlərini təklif edirik.Otelimizin nömrələrində qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlar kondisioner sistemi, kabel televiziyası, İnternet ilə təchiz edilib. Otelimizdə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Biz tərəfdən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, fərdi parkinq, görüşlərin və tədbirlərin təşkili, restoran və bar kimi xidmətlər təqdim olunub. Konfrans və işgüzar görüşlərin keçirilməsi üçün isə otelimizdə Aksaray I konfrans zalı fəaliyyət göstərir. İş görmək məqsədilə isə siz biznes mərkəzimizdən 24 saat ərzində istifadə edə bilərsiniz.

Otaqlar

Sapphire Hotel Baku 42 mükəmməl otaqlardan ibarətdir. Onlardan 21-i delyuks, 12-i biznes və 9-u lyuks nömrələrdir.Otelimizin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Otelimizdə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb.Hər nömrə ikiyataqlı çarpayı, həm duş kabini, həm də vanna ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi, İnternet, internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.