Fatimeyi-Zəhra İstisu Sanatoriyası xəritədə

Fatimeyi-Zəhra İstisu Sanatoriyası

Masallı-Yardımlı yolu, Masallı AZ1000 *** 1 səs

Fatimeyi-Zəhra İstisu Sanatoriyası haqqında

Bakı şəhərindən 250 km və Masallı şəhərindən 10 km aralı olan«Fatimeyi-Zəhra» İstisu sanatoriyası istirahət və sağlamlığın bərpası üçün çox yaxşı yerdir. Zona hələ sovet dövründən öz müalicəvi qaynaqları ilə məşhur idi. Burada su 95-250 km dərinlikdə yerin altından 60 dərəcə temperaturda isti halda çıxır. Suyun tərkibində hidrosulfat, natrium xlor, manqan, hidrokarbonat vardır. Bundan başqa, 1 litr suya burada 30 mq yod düşür.

Fatimeyi-Zəhra İstisu Sanatoriyasında aşağıdakı xəstəlikləri müalicə  olunur:

  • revmatizm və onun fəsadları (artrit, poliartrit, oynaqlarda ağrılar, artrozlar);
  • dəri xəstəlikləri (psoriaz, dermatitlər, neyrodermitlər, göbələk xəstəlikləri, ekzemalar);
  • böyrək və sidik ifrazı kanalı xəstəlikləri (pielit, uretrit, pielonefrit, pielosistitlər);
  • radikulitlər, prostat vəzi xəstəlikləri, hipertrofiya, qara ciyər və öd yolu xəstəlikləri;
  • qadın xəstəlikləri (metrit, endometrit, uşaqlıq boynunun eroziyası, herbisid, kolpit);
  • kişi və qadın sonsuzluğu; mədə-bağırsaq xəstəlikləri (qastrit, ezofagit, kolit, bağırsaq defekasiyası);
  • travmatik zədələnmələr.

Zonanın ərazisində gözəl dəhlizi və yataq otağı olan 6 kottec (1 və 2 mərtəbəli) yerləşir. Bundan başqa, restoran, sağlamlıq klubu, müalicə suyu olan vannalar, balaca hovuz, maşın saxlanan yerlər və qəhvəxana da istirahət edənlərin qulluğuna verilir.