Bakı şəhərindən 250 km və Masallı şəhərindən 10 km aralı olan«Fatimeyi-Zəhra» İstisu sanatoriyası istirahət və sağlamlığın bərpası üçün çox yaxşı yerdir. Zona hələ sovet dövründən öz müalicəvi qaynaqları ilə məşhur idi. Burada su 95-250 km dərinlikdə yerin altından 60 dərəcə temperaturda isti halda çıxır. Suyun tərkibində hidrosulfat, natrium xlor, manqan, hidrokarbonat vardır. Bundan başqa, 1 litr suya burada 30 mq yod düşür.
Zonanın ərazisində gözəl dəhlizi və yataq otağı olan 6 kottec (1 və 2 mərtəbəli) yerləşir. Bundan başqa, restoran, sağlamlıq klubu, müalicə suyu olan vannalar, balaca hovuz, maşın saxlanan yerlər və qəhvəxana da istirahət edənlərin qulluğuna verilir.