Şamaxı rayon İcra Hakimiyyəti xəritədə

Şamaxı rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Şamaxı, 27 AZ5600 *** 0 səs

Şamaxı rayon İcra Hakimiyyəti haqqında

Şamaxı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1611 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssisəsi, 97 mədəniyyət ocağı fəaliyyət göstərir.Şamaxı rayonu şimaldan Baş Qafqaz silsiləsinin suayrıcısı ilə, qərbdən Ağsu aşrımı ilə cənubi qərbdən Ləngəbiz silsiləsilə , cənubdan Küdrü-Şirvan düzü ilə cənub-şərqdən Qobustan yaylası ilə şərqdən isə Pirsaat çayı boyu sərhədlənir. Inzibati ərazi bölgüsü şimaldan Quba, şimali-şərqdən Xızı, şərqdən Qobustan, cənubdan Hacqabul, cənub-qərb və qərbdən Ağsu, qərddən və şimali-qərbdən İsmayıllı inzibati rayonları ilə həmsərddir.

Şamaxı rayonunun tarixi

İlk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər.Şamaxı uzun illər ərəb xilafəti tabeçiliyində bir ərazi olmuşdur. Bu xilafət zəifləkdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382-1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur.

Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul-idarəsi ilə idarə edilmişdir. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez-tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı XIX əsrin əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı qəza və quberniya mərkəzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur. XX əsrin 30-cu illərindən sonra Şamaxıya rayon statusu verilmişdir.