Salyan Rayon Məhkəməsi xəritədə

Salyan Rayon Məhkəməsi

Əli Zeynalov küçəsi, Salyan, 91 AZ5200 *** 1 səs

Salyan Rayon Məhkəməsi haqqında

Salyan Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Salyan rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Salyan Rayon Məhkəməsi Salyan şəhərində yerləşir. Salyan Rayon Məhkəməsinin iki mərtəbədən ibarət bir inzibati binası vardır. Məhkəmənin sədri və bir hakim həyəti vardır. Məhkəmə aparatında 12 ştat vahidi üzrə inzibati və yardımçı inzibati vəzifələr üzrə dövlət qulluqçuları çalışır.

Salyan Rayon Məhkəməsinin yaranması

Salyan Rayon Xalq Məhkəməsi 1930-cu ildə yaradılmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrada Salyan rayonunda məhkəmə fəaliyyətini davam etdirir. Hazırda Salyan Rayon Məhkəməsi adlanır.Salyan rayonu inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir.Salyan rayonunun inzibati ərazisi 1 (bir) şəhərdən, 2 (iki) qəsəbədən və 48 (qırx səkkiz) kənddən ibarətdir.Əhalisi 124631 nəfər və ərazisi isə 75203 kv.km-dir.Salyan rayonunda 281 nəfər qaçqın və 1085 nəfər məcburi köçkün yaşayır.Salyan rayonu Şirvan şəhəri, Sabirabad, Biləsuvar, Neftçala rayonları, kiçik məsafədə isə Xəzər dənizi ilə həmsərhəddir.