Saloğlu Mebel xəritədə

Saloğlu Mebel

Bakı-Qazax yolu, Şəmkir, 363 AZ1000 *** 1 səs

Saloğlu Mebel haqqında

2000-ci ildə istehsala başladıq. İnkişaf edən və dəyişən dizayn anlayışına paralel bir şəkildə modellərimizi davamlı yeniləyərək, hər keçən gün təkmilləşən təcrübəmiz və qabiliyyətimiz ilə qısa müddətdə çox böyük nəaliyyətlər əldə etdik. Hal-hazırda Azərbaycanın ən böyük müasir mebel istehsalçılarından biriyik və bu müvəffəqiyyətimizi dünya səviyyəsinə çatdırmağı hədəfləyirik.

20000m 2lik istehsal sahəmiz və gənc, dinamik işçilərimiz ilə ən keyfiyyətli materialları ən yüksək texnologiyayla işləyərək çox qiymətli müştərilərimizin istifadəsinə təqdim edirik. Ölkədaxilində 2 showroom və bir çox satış nöqtəmiz ilə xaricdə isə bir neçə ölkəyə etdiyimiz ixracatla, dünya tərəfindən bilinən bir marka olma yolunda irəliləyirik.Prioritetli qanunumuz müştəri məmnuniyyəti. Bu mənada məhsulumuzun son istifadəçiyə çatmasına qədər bütün mərhələlərdə keyfiyyətli xidmət anlayışı icra edirik. Müştərilərimizin istifadə edərkən həzz alacağı məhsullar hazırlamağı seçirik.

Saloğlu Mebel

Dizayn və istehsal etdiyimiz patentli mexanizm sistemlərini tətbiq etdiyimiz məhsullarımızda, gizli bir funksionallığı müasir bir görünüşlə uyğunlaşma halında sərgiləyirik. Bu mexanizmləri eyni zamanda böyük istehsalçılarla paylaşırıq və bundan qürur duyuruq. Hər keyfiyyətli işin ardında mütləq mütəşəkkil və komanda ruhuna sahib bir qrupun olması şərtdir. Biz işçilərimizi və tədarükçülərimizi firma ortağı qəbul edirik.

Bizlər SALOĞLU ailəsi olaraq, müştərilərimizə; keyfiyyətdə qüsura yol vermədən, daha müasir daha əlverişli yaşayış məkanları meydana gətirə bilmək üçün həll ortağı olmağa davam edəcəyik.

  • Divanlar
  • Künc Divanlar
  • Yataq Dəsti
  • Qonaq Dəsti
  • Divar Dəsti
  • Digər Məhsullar
  • Uşaq Dəsti