Sahil, Azərbaycanın ilk müasir xəzər restoranı hesab olunur. Peşəkar aşbazlar klassik zövqləri kreativ kompozisiyalarla tamamlayıb gözəl yerli təamlar təqdim edirlər. Xüsusi istehsal olunmuş manqalda, düzgün bişmə dərəcəsini yaradaraq zərif və çox dadlı kəbab hazırlanır.Sahilin şərab kolleksiyasını dünya və bir çox yerli şərablar bəzəyir. Burada araqlar xüsusi mənfi dərəcəli soyuducuda saxlanılır. Bu araqlar, zəfəran, heyva, nar və kəklikotu kimi yerli məhsullarla qarışıq kreativ kokteylərdə istifadə olunur.
Dənizin gətirdiyi ağac fraqmentləri, qağayıların kiçik heykəlləri, qədimdən qalan balinanın onurğası və mişar balığın burun hissəsi, bütün bunlar sənət əşyalarıdır, hansı ki, Sahil restoranında avangard və modern üslubunda olan ətraf mühiti yaradır.Zövqlə seçilmiş şərablar, özünəməxsus dərəcədə saxlanılan araqlar, premium klass dərəcəli viskilər, füsünkar bar, gözəl lounc və əlbətdə terras heyranedici dəniz görkəmi ilə.Nərə balığını xatırladan açıq mavi və gümüşü dərilər, kürünü xatırladan pərdələr, laym ağacından düzəldilmiş yer döşəməsi, mozayka, bütün bunlar zərif və çox rahat mühit yaradır. Sahil restoranın konsepsiyası Bakı dəniz kənarını, kosmopolit üslubunu, müasir estetikanı əks etdirir, hansı ki, nadir hallarda Paris və Nyu-York şəhərlərində rastınıza gələ bilər.