Safe Life xəritədə

Safe Life

Bakı, Binəqədi rayonu, Ziya Bünyatov prospekti, 43 AZ1069 *** 3 səs

Safe Life haqqında

"Safe Life" MMC şirkətinin əsası 2007-ci ildə qoyulub. "Safe Life" MMC yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, parkinq sistemlərin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir. Həmçinin yuxarıdakı fəaliyyət növlərinə görə "Safe Life" MMC-nin Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malikdir. "Safe Life" MMC yalnız yüksək keyfiyyət sertifikatlarına malik olan avadanlıqları təqdim edir və bir çox tanınmış avropa firmalarının məhsullarının ölkəmizdə rəsmi distribyutorudur. Safe Life MMC aşağıda göstərilən şirkətlərin rəsmi və yeganə distribyutorudur: - Tyco International Ltd. - Schrack-Seconet AG - Siemens AG - Samsung Techwin - TOA - AES IntelliNet Corporation - BSH Luft and Clima - Fetas - Mas - Pyronix - Dalgic - Apryc CIIEKTP - IVECO MAGIRUS MSA Safety Sp. z o.o. - Mavigard - POK - Mobotix - Grundfos - Automatic Systems IER Group - ACI Farfisa Intercoms - Nedap "Safe Life" MMC şirkəti Sizin və ailənizin təhlükəsizliyini təmin edən yeganə şirkətdir. Şirkət Siz evdə və ya evdən kənar yerdə olarkən, Sizin ailə üzvlərinizin və əmlakınızın yanğından mühafizəsini təmin edir. Şirkətin fəaliyyəti yalnız yanğın və mühafizə siqnalizasiyasının quraşdırılması ilə deyil, həmçinin keyfiyyətli görüntüsü ilə seçilən yanğın və mühafizə kameralarının quraşdırılmasıyla öz müştərilərinə xidmət göstərir. "Safe Life" MMC şirkəti evinizdə və avtomobilinizdə yarana biləcək yanğınların lokal şəkildə, müxtəlif növ yanğınsöndürmə cihazlarından istifadə edərək qarşısının alınmasını məsləhət görür. "Safe Life" MMC şirkətinin fəaliyyət dairəsi olduqca genişdir. Şirkət kommersiya və dövlət binalarında qazlı və sulu yanğın söndürmə sistemlərinin, yanğın və mühafizə sistemlərinin, tüstüsovurma və havalandırma sistemlərinin, parkinq sistemlərin quraşdırılmasını peşəkarcasına həyata keçirir. Şirkətin mütəxəssisləri tərəfindən ilk öncə binanın layıhələndirilməsi və daha sonra yanğın söndürmə sistemləri və avadanlıqları ilə təchiz edilməsi həyata keçirilir. 2009-cı ilin yanvar ayında Fövqəladə Hallar Nazirliyi tərəfindən "Safe Life" MMC-yə həvalə olunmuş və yanğın siqnalizasiyasının mərkəzləşdirilmiş monitorinq sistemi istifadəyə verilmişdir. Mərkəzləşdirilmiş monitorinq sistemi 24 saat ərzində fəaliyyət göstərir və obyektlərdən yanğın haqqında daxil olan siqnalların doğru olduğunu "Safe Life" MMC-nin öhdəsində olan yüksək mərtəbəli yaşayış binaları, kommersiya-biznes mərkəzləri və dövlət obyektləri, quraşdırılan siqnalizasiya və AES İntellinet ötürücü dalğaları vasitəsilə Yanğın Monitorinq Mərkəzində izlənilir və obyekt 24 saat ərzində şirkətimizin nəzarəti altına keçir. Həmin yaşayış binalarının, biznes mərkəzlərinin və dövlət obyektlərinin təchiz edilməsində şirkətimiz yalnız yüksək keyfiyyətli və zəmanətli dünya standartlarına cavabverən avadanlıqlardan istifadə edir. Beləliklə, "Safe Life" MMC şirkətinin xidmətlərindən yararlanan zaman, Siz rahatlığınızı və sağlamlığınızı təmin etmiş olursunuz, çünki bizim şirkətimizin əsas məqsədi Sizin təhlükəsiz həyatınızın keşiyində durmaqdır!