Sads Style xəritədə

Sads Style

Bakı, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 125 AZ1000 *** 1 səs

Sads Style haqqında

Sad’s Style Şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkət professional müasir modalar evi, SPA və gözəllik salonundan ibarətdir. Şirkətimizdə professional dizaynerlər və makiyaj ustaları, gözəllik mütəxəssisləri tərəfindən professional və yüksək səviyyəli xidmət həyata keçirilir. 2001-ci ildə Azerbaycan Respublikasının umummilli lideri H. Əliyevlə olan görüşümüz Sads Style şirkətinin məqsəd yolunun fəaliiyətinə stimul vermişdir. Məqsəd hər zaman irəliyə addımlamaq və Azərbaycanda profesional bir xidmət təşkil etmək, eyni zamanda bunu qoruyub saxlamaq idi.

Sads Style Şirkətinin fəaliyyəti

Belə ki, Sads Style Şirkəti 2004-cü ildə “OMG International Diploma” ilə mükafatlandırılarkən öz məqsədini reallaşdırmışdır. 2005-ci ildə “Bogazaci International Festivals Turkey, 2008-ci ildə “Persona of World” , 2009-cu ildə “Well actual Workshop” və eyni ildə “Peak of Success” mükafatları ilə təltif olunmuşdur. 2011-ci ildə isə jurnal Madrid şəhərində ”New Millenium Award”mükafatı ilə mükafatlandırılmışdır. Xanım S. Həsənova Sads Style şirkətinin sahibi və baş direktorudur.

"Qadın gözəlliyi, qadın zərifliyi, qadın incəliyi, qadın səliqəsi və bir sıra amillərin dolğunluğu onların saçlarında tərənnüm olunur" deyə bir şüar var. Biz nəinki onlarla çalışmalı həmçinin onları hiss edib duymağı bacarmalıyıq. Bu isə əsl sənətkar üçün ən vacib və ümdə bir faktordur ki, fərqli tipə mənsub olan saçlar öz sənətkarları qarşısında daha təravətli, daha canlı, daha parlaq və daha cazibədarlığa məhkumdurlar. Məsləyimdə üç ümdə faktor mənim üçün daha əsasdır:

  • Saçın sağlamlığı;
  • Saçın rəngi;
  • Saçın kəsimi;

Sağlam saçlar

"Sağlam olmayan saçlar gözəl görsənə bilməz. Rəngini və təravətini itirmiş saçlar dolğun, parlaq və canlı ifadə verə bilməz. Kəsimi olmayan saçlar isə üzdə heç bir məna kəsb edə bilməz" termini isə bütün ruhumla çalışdığım təcrübəmə daha çox əsaslanır. İş üslubuna görə hər bir xanımın saç düzümü onun bilavasitə tərzini ifadə edir. Bunun üçün isə səriştəmizlə sənətkarlığın önündə yönələrək tərzə uyğun çalışmalıyıq. Xanımların gündəlik saç düzümlərində sadəlik və gözəlliyə, müsabiqə və festivallarda isə simvolik və şou saç düzümlərinə üstünlük verilir, beləliklə çalışarkən düşünməyi bacarmalıyıq.

Tək gözlə görünən yox, həm də görünməyən mifik ideyaları reallaşdırmağa çalışmalıyıq. Öz məsləyimlə bağlı ifadələrimi sənətimlə, işimlə ifadə edə bilirəmsə artıq daha geniş şərhə ehtiyac duymuram. Belə ki, Azərbaycanı öndə təmsil edə biləcək yüksək qabilliyətə və geniş təcrübəyə nail olmaq üçün çalışaraq əldə edəcəyimiz uğurlar daha böyük əhəmiyyətə malikdir.