Şabran Rayon İcra Hakimiyyəti xəritədə

Şabran Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Şabran, 60 AZ1700 *** 0 səs

Şabran Rayon İcra Hakimiyyəti haqqında

Şabran rayonu Böyük Qafqazın Şimal-Şərqində, pa6ytaxt Bakıdan 123 km məsafədən yerləşməklə şərqdən 24 kilometr məsafədə xəzər dənizi ilə əhatədə olunur Siyəzən, Xızı, Quba, xaçamz rayonları ilə qonşudur. Rayonun ərazisi 1088 km olmaqla düzənlik-dağətəyi və dağlıq zonalrdan ibarətdir. Cənub-qərbsdə hündürlüyü 2220 metrə yaxındır. Rayon ərazisində palçıq vulkanları vardır, dağlıq hissədə təbaşir paleqon və neoqen ovlaqla antropoqen çöküntüləri yayılmışdır.

Şabran rayonunun tarixi

Şabran rayonu (keçmiş Dəvəçi) 1930-cu ildə təşkil olunmuşdur. Rayon mərkəzi indiki Şabran qədim Dərbənd-Bakı karvan yolları üstə bazaar karvanları olmuşdur. Eyni zamanda bu ərazi dəvə karvanlarının dayanacaq yolu olmuş vəburada həftə bazarları keçirilmişdir. Bu səbəbdən də rayon 1944-cü ilədək “Dəvəçi bazarı”, 1944-1963-cü illərdə Dəvəçi rayonu adlandırılmışdır. 1963-cü ildə Abşeron royonuna biirləşdirilmişdir. 1965 ildən yenidən Dəvəçi rayonu kimi fəaliyyət göstərmişdir. 2010-cu ilin aprel ayında cənab prezidentimizin sərəncamına əsasən rayonun tarixi Şabran adı bərpa olunmuşdur.

Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki «Gülüstani – İrəm» və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayon mərkəzi Dəvəçi şəhərində diyrşünaslıq muzeyi var. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında «Çıraqqala» uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. «Pirəbədil», «Qollu Çiçi», «Heyratı» tipli yerli xalçalar geniş şöhrət qazanmışdır. Məşhur Qalaaltı kurortu Şabran rayonunun ərazisindədir.