Sabirabad Rayon İcra Hakimiyyəti xəritədə

Sabirabad Rayon İcra Hakimiyyəti

İlham İsgəndərov küçəsi, Sabirabad, 8 AZ5400 *** 0 səs

Sabirabad Rayon İcra Hakimiyyəti haqqında

Sabirabad rayonu 1930-cu ilin avqustun 8-də təşkil olunub.1931-ci ilin oktyabrın 7-də Petropavlovka adlanan rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verilib.Saatlı rayonu rayon statusu aldığı 1943-cü ilin mayın 25-dək Sabirabadın tərkib hissəsi olmuşdur. 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabadla birləşdirilmiş, bu 1965-ci ilin yanvarın 14-dək davam etmişdir.1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə, 1959-cu ilin dekabrın 4-də isə şəhər statusu verilmişdir.

Sabirabadın tarixi

Sabirabadin ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma,Qaraqaşl,Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır.Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavar zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1988-ci ildə rayon Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.

Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropablovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğam mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur.