Saatlı Rayon İcra Hakimiyyəti xəritədə

Saatlı Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Saatlı, 168 AZ4900 *** 0 səs

Saatlı Rayon İcra Hakimiyyəti haqqında

Saatlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi Saatlı şəhəridir.Saatlı rayonunun ərazisi 1.18 min kv.km. əhalisi 100893 nəfərdir. Rayonda 1 şəhər, 43 kənd yaşayış məntəqəsi vardır ki, bunlarda 36 inzibati ərazi vahidliyində birləşmişdir.
Azərbaycan Respublikasının digər bölgələri kimi Saatlı rayonunun da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə – 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olmuş, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini vermişdir.

Saatlı rayonunun tarixi

Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı Azərbaycan Respublikasında inzibati rayondur. 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Saatlı rayonu Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1180,5 km2, əh. 92,3 min nəfərdir (01.01.2009). Mərkəzi Saatlı şəhəridir.Rayona Saatlı şəhəri və Azadkənd, Varxan, Qarayevkənd, Mircəlal, Nəsimikənd, Şirinbəyli, Fətəlikənd, Xanlarkənd, Əlisultanlı, Potubəyli, Hacıqasımlı, Kamallı, Qaracalar, Gömuşçu, Seyidoba, Qara-Nuru, Qazanbatan, Qıraqlı, Bəylik, Mustafabəyli, Yeni Novruzlu, Məmmədabad, Əliabad, Genişkənd, Nərimankənd, Dəllər, Novruzlu, Musalı, Sarıcalar, Cəfərxan, Əbilkənd, Mollavazlı, Sımada, Günəşli, Bəylər, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli, Qaralar, Məzrəli, Naharlı, Soltanabad, Çolpı kəndləri daxildir.