R.I.S.K. Company xəritədə

R.I.S.K. Company

Bakı, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59 AZ1022 *** 0 səs

R.I.S.K. Company haqqında

1993-cü ildə əsası qoyulmuş R.I.S.K. şirkəti Mərkəzi Asiya və Qafqazın informasiya texnologiyaları bazarında fəaliyyət göstərən aparıcı IT şirkətidir. R.I.S.K. Şirkəti IT Konsaltinq, Sistem Inteqrasiyası, IT Autsorsinq, Proqram Təminatı və Tətbiqi Proqramların yazılması və Coğrafi Informasiya Sistemləri üzrə həllər təklif edir. 21 illik fəaliyyət dövrü ərzində R.I.S.K. Şirkəti regionda telekom, neft və qaz, hökumət və hüquq mühafizə orqanları, bank və maliyyə, həmçinin nəqliyyat sektorlarında müştərilərə xidmət göstərmək üçün geniş spektr innovativ həllər təklif edən şirkətə çevrilmişdir.

R.I.S.K. IT şirkəti

R.I.S.K. şirkətinin fəaliyyəti mövcud IKT infrastrukturu, informasiya təhlükəsizliyi sistemlərinin inkişafı, o cümlədən, tətbiqi proqramlar, proqram məhsulları və şirkətin rəsmi partnyoru olduğu dünya miqyaslı aparıcı IKT istehsalçılarının təklif etdiyi həllərin geniş miqyasda tətbiqini nəzərdə tutan ictimai əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəlmişdir. R.I.S.K. informasiya texnologiyaları sənayesində IBM, Dell, Cisco Systems, EMC, Avaya, Oracle, Microsoft, Emerson kimi dünya miqyaslı IKT istehsalçılarının rəsmi partnyorudur. R.I.S.K. Şirkəti ISO9001:2008 beynəlxalq keyfiyyət standartına uyğun olaraq fəaliyyət göstərir. R.I.S.K. şirkəti regional miqyasli şirkət olmaqla bərabər öz fəaliyyət coğrafiyasını müntəzəm olaraq genişləndirir, hal-hazırda şirkətin Azərbaycanda, Qazaxıstanda, Tacikistanda və Gürcüstanda rəsmi nümayəndəlikləri mövcuddur.