Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutu xəritədə

Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutu

Bakı, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 36 AZ1007 *** 1 səs

Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutu haqqında

Eroziya və Suvarma İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biridir.Eroziya və Suvarma İnstitutu – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 1997-ci il tarixli 292 saylı əmrinə əsasən "Aqroekologiya" Elm Mərkəzi və "İmpuls" Elm-İstehsalat Birliyinin birləşdirilmiş bazasında yaradılmışdır.6 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamıı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir.

İnstitutun fəaliyyəti

İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər bölməsinin tərkibində fəaliyyət göstərir. İnstitut torpaqların səmərəli şəkildə istifadəsi, eroziyadan mühafizəsi, çirklənməsinin qarşısının alınması, pozulmuş torpaqların münbitliyinin bərpası, mütərəqqi üsullarla suvarma texnologiyalarının işlənib hazırlanması, bu sahədə suya qənaət edən texniki sistemlərin yaradılması, kütləvi istehsalı və istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi-konstruktor, layihə-axtarış, texnoloji-sınaq və istehsalat işlərinin nəticəsi olaraq kənd təsərrüfatı istehsalının inkişaf perespektivlərini müəyyənləşdirən elmi-nəzəri konsepsiyaları hazırlayır.

Bеynəlхаlq əlаqələr

Torpağın münbitliyinin və suvarma suyunun səmərəli idarə edilməsi yolu ilə kəndin güzəranının yaxşılaşdırılması mövzusu üzrə layihə İCARDA-nın rəhbərliyi ilə 2004-2006-cı illrədə həyata keçirilib. Layihədə Mərkəzi Asiya ölkələri və Azərbaycan iştirak edib. Layihənin məqsədi qiymətli təbii ehtiyatlar olan torpaq və sudan səmərəli istifadə etməklə məhsuldarlığı artırmaqdır. Azərbaycan tərəfdən layihədə Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu iştirak edib.

Layihə çərçivəsində meyvə ağaclarının damcıladıcı suvarma üsulu ilə suvarılması və buğdanın tirə əkin üsulu ilə yetişdirilməsi texnologiyası nümayiş etdirilmişdir. Həmçinin suvarma metodlarına dair bir neçə variantda təcrübələr qoyulmuş, müxtəlif kənd təsərrüfatı bitkilərinin səmərəli suvarma metdodları müəyyən edilmişdir. Layihəni İCARDA maliyyələşdirir.Аqrаr еlmin bеynəlхаlq intеqrаsiyаsı ilə əlаqədаr оlаrаq Еrоziyа və Suvаrmа Institutu ilə Pоlşа Rеspublikаsının «Mеliоrаsiyа və оtlаqlаr» Institutu аrаsındа həmin dövlətin mаliyyə dəstəyinə əsаsən «Аvrоpа Ittifаqının strаtеgiyаsı və birgə təcrübə əsаsındа Аzərbаycаnın kənd ərаzilərində təbii еhtiyаtlаrdаn sаbit istifаdənin sахlаnılmаsı» mövzusundа tədqiqаt işlərini yеrinə yеtirmişdir