Respublika Əlillərin Reablitasiyası Mərkəzi xəritədə

Respublika Əlillərin Reablitasiyası Mərkəzi

Bakı, 6-cı mikrorayon, Binəqədi rayonu, 1410 AZ1102 *** 3 səs

Respublika Əlillərin Reablitasiyası Mərkəzi haqqında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi əlillərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün nəzərdə tutulan müəssisədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya qərarını, əmr və sərəncamlarını, digər normativ-hüquqi aktları, həmçinin müəssisənin Əsasnaməsini rəhbər tutur.

Əlillərin Bərpa Mərkəzinin xidmətləri

Mərkəz əlillərə kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi, sosial,peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, əlillərin reabilitasiya potensialının reallaşdırılması üzrə fərdi reabilitasiya proqramlarının hazırlanması və icrası istiqamətində işlər görür.Müəssisədə bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanır və təcrübədə tətbiq olunur, regional bərpa mərkəzləri arasında əlaqələrin yaradılması, həmin mərkəzlər üçün kadrların hazırlanması, təkmilləşdirilməsi və təşkilati-metodiki köməklik göstərilməsi sahəsində tədbirlər həyata keçirilir.

Mərkəzin fəaliyyət istiqamətləri

Bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanlarla bağlı məlumat bankının yaradılması da mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.Bərpa mülicəsi alanların Mərkəzə qəbulu Tibbi-Sosial Ekspert Komissiyalarının, müalicə-profilaktika müəssisələrinin və Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan Baş həkim həyata keçirir.