Relax Istirahət Mərkəzi xəritədə

Relax Istirahət Mərkəzi

Lənkəran-Lerik yolu, Lerik, 33 AZ1000 *** 3 səs

Relax Istirahət Mərkəzi haqqında

”Relax” Azərbaycanin gözəl guşələrindən biri olan Lənkəran-Lerik yolunun 33cu km-də yerləşir.Bakıdan məsafəsi 298 km dir.İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir.Əgər siz Relaxa iş görüşmələri və ya dincəlmək ücün gəlirsinizsə sizə lazım olan hər bir şəraiti bizdə tapa bilərsiniz.Burada sizin dincəlməyiniz, yadda qalan xos vaxt kecirməyiniz ucun hər bir şərait yaradılmışdır.Vaxtınıza qənaət üçün isə həftədə 3 dəfə Bakı-Lənkəran-Bakı təyyarə turları (uçuş müddəti cəmi 40 dəqiqə) və çox rahat avtobus turları təşkil etmişik. Kottec tipli evlər və standart otel otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası, telefon və kabelsiz internet xidmətlərindən yararlanmaq olar. Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngilər, milli və Avropa mətbəxli 350 nəfərlik yay və qış restoranları, restoran-bar, diskoteka, boulinq, uşaq əyləncə meydançası, billyard, tennis futbol, volleybol meydancaları fəaliyyət göstərir. Ailənizin, sevdiklərinizin və kollektivinizin vaxtını şən və səmərəli kecirmək istəyirsinizsə ”Relax”a buyura bilərsiniz.

Relax İstirahət kompleksinin Otaqları və qiymətləri

Relax İstirahət kompleksinin hər cür şəraitə malik olan 2, 4 nəfərlik standart otel otaqları və 2, 4, 5 nəfərlik kottec tipli otaqlardan təşkil olunmuşdur. Buradakı yüksək səviyyəli personal, Şərq və Qərb üslubunda fəaliyyət göstərən restoranlar, barlar ,diskotekalar,hovuz və spa mərkəzi, tennis kortu, tir, billiard, mini qolf meydancaları, atcılıq, ATV və s növbənöv əyləncə kompleksləri 24 saat xidmətinizdədir.

Standart otel otaqları

  • 1 otaqlı 2 nəfərlik - 80 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)
  • 2 otaqlı 4 nəfərlik - 120 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)

LUX otel otağı

  • 2 otaqlı 2 nəfərlik - 100 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)

Villa tipli otaqlar

  • 1 otaqlı 2 nəfərlik - 100 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)
  • 2 otaqlı 4 nəfərlik - 130 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)

Kottec tipli otaqlar (Mini mətbəx sistemli)

  • 3 otaqlı 4 nəfərlik - 150 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)

Kottec doublex

  • 2 otaqlı 2 nəfərlik - 130 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)
  • 3 otaqlı 4 nəfərlik - 150 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)

VİP kottec

  • 3 otaqlı 4 nəfərlik - 200 AZN (Extra bed 1 nəfər üçün - 20 AZN)

5 yaşına qədər uşaqlar ücün extra yataqlar (yalnız 1 uşaq) pulsuz, 12 yaşına qədər uşaqlara isə 50% endirim. Bütün otaq qiymətlərinə səhər yeməyi və kabelsiz internet (wi-fi) xidməti daxildir. Hovuza və əyləncə yerlərinə giriş odənişsizdir.

Relax İstirahət Mərkəzinin xidmətləri

  • Restoranlar
  • Külafirəngilər
  • Kino klub
  • Açıq və qapalı diskoteka
  • Konfrans zal
  • Sauna
  • Spa mərkəzi və trenajor

Relax İstirahət Mərkəzində əyləncə

  • Tir
  • Animasiya şou
  • Uşaq karuseli
  • Bouling
  • Bilyard
  • Kvadroçikl
  • Paintball
  • Atçılıq
  • Tennis, Futbol və Voleybol
  • Velosiped
  • Qayıqla gəzinti
  • Balıqçılıq
  • Aquapark