Reha-Med Germany&Azerbaijan Reabilitasiya Mərkəzi xəritədə

Reha-Med Germany&Azerbaijan Reabilitasiya Mərkəzi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 AZ1065 *** 1 səs

Reha-Med Germany&Azerbaijan Reabilitasiya Mərkəzi haqqında

"Reha-Med Germany & Azerbaijan" reabilitasiya mərkəzi Sizə profilaktika, reabilitasiya və tibbi məşqlər sahəsində müxtəlifnövlü terapiya təqdim edir. Bizim klinika tərəfindən hazırlanmış konsepsiya və beynəlxalq rəhbərliyin (Fizioterapevtlərin birləşmiş beynəlxalq Assosiasiyası) davamlı nəzarəti xidmətimizin yüksək keyfiyyətinə zəmanət verir. Sizin üçün təşkil olunmuş terapiyanı bizim terapevtlər, müalicə həkimi ilə birgə hərtərəfli, ən müasir müalicə növünü fərdi olaraq seçirlər. Bizim məqsədimiz-pasiyentlərin sağlamlılarını artırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün müasir tipli reabilitasiya ilə təmin etməkdir.

Reha-Med Germany&Azerbaijan mərkəzinin xidmətləri

Reha-Med Germany&Azerbaijan reabilitasiya mərkəzi Sizə profilaktika, reabilitasiya və tibbi məşqlər sahəsində hərtərəfli terapiya təklif edir. Klinikamız tərəfindən işlənib hazırlanmış beynəlxalq tələblərə uyğun konsepsiya xidmətimizin yüksək keyfiyyətini təmin edir. Reabilitasiya və tibbi sağlamlaşdırıcı təlimlərə ehtiyacı olan insanlarla gündəlik işimiz dərin peşəkarlığa və humanizmə əsaslanır.

Reha-Med Germany &Azerbaijan reabilitasiya mərkəzində Fizioterapiya

Fizioterapiya müasir tibbin ayrılmaz hissəsidir. Məqsədi ilk növbədə hərəkətin və funksionallığın bərpası və saxlanılmasıdır. Onun köməyi ilə travma və əməliyyatdan sonrakı reabilitasiya prosesinə müsbət təsir etmək və funksional pozulmaları aradan qaldırmaq olar. Reha-Med Germany&Azerbaijan reabilitasiya mərkəzində elmin bu sahədə mövcud olan ən son nailiyyət və üsullarını tətbiq etməklə, fizioterapevtik reabilitasiya, fərdi müalicə aparılır.

  • Manual limfatik drenaj
  • Manual terapiya
  • Trenajorlarda aparılan fizioterapiya

Reha-Med Germany &Azerbaijan reabilitasiya mərkəzində Tibbi fitnes

Reha-Med Germany&Azerbaijan reabilitasiya mərkəzinin fəaliyyət istiqamətlərindən biri də profilaktikadır. Sağlamlığını və hərəkətliliyini uzun müddət saxlamaq istəyən sağlam şəxslər üçün profilaktika məqsədilə Rehamed Germany &Azerbaijan mərkəzi tibbi fitnes məşqlərini təqdim edir. Biz Sizə, dairəvi məşqlər, funksional məşqlər kimi ən müasir məşq növlərini təqdim edirik, TexnoGym və Milon kimi treanojor zalları Sizin öhdənizdədir.

  • MİLON - Dairəvi məşqlər
  • Kardio-güc dairəsi
  • Güc dairəsi
  • Funksional TRX-Treninq
  • PaviGym

Reha-Med Germany &Azerbaijan reabilitasiya mərkəzində Erqoterapiya

Erqoterapiya - doğuş travması ilə dogulmuş körpələrdən, uşaq serebral iflicdən əziyyət çəkən kiçik yaşlı uşaqlardan insult keçirmiş yaşlılaradək, bütün yaşlarda hərəkət-funksional, perseptiv, neyropsixoloji və ya psixososial pozulmasının bərpası üçün nəzərdə tutulub. Müalicə zamanı Reha-Med Germany& Azerbaijan mərkəzinin erqoterapevtləri psixoloq, pedaqoq, müalicəvi idman mütəxəssisləri , tərbiyəçilər kimi digər tibbi, sosial müalicə və pedaqoji sahalərin mütəxəssisləri ilə sıx əməkdaşlıq edirlər.

Reha-Med Germany &Azerbaijan reabilitasiya mərkəzində Bel ağrıları müalicəsini

Bel ağrıları hal-hazırda dünyada olan ən aktual problemlərdən biridir. Uzun illərdir ki, Back Pain Center konsepsiyası mütəxəssislər arasında Almaniyada, beldə olan müxtəlif mənşəli ağrıların müalicəsi üçün ən effektli və sərfəli üsul hesab olunur. Back Pain Center-in konsepsiyasında olan müayinə və terapiya üsulları 20 il ərzində 250 mindən artıq şəxs üzərində uğurla sınanmış, elmi cəhətdən təsdiq edilmiş və təkmilləşdirilmişdir.

Reha-Med Germany &Azerbaijan reabilitasiya mərkəzində Haloterapiya

Haloterapiya, dərmansız müalicə üsullarından biridir, onun əsasında duz mağaralarının xüsusiyyətlərinə maksimal dərəcədə yaxın olan süni mikroiqlimin yaradılması durur. Haloterapiya seansının aparılması üçün xüsusi, daimi hərarəti, stabil atmosfer təzyiqi, aşağı rütubəti olan və bakteriyalardan tam təmizlənmiş mikroiqlim yaradılır. Tərkibində duz aerozolu olan havanın xüsusi xassəsinə görə bu mühit hipoallergen adlandırılır. Ağ ciyər, bronxların və digər üzvlərin xəstəlikləri zamanı Himalay və Alp dağlarının duzlarının müalicəvi təsiri qədim zamanlardan məlumdur. Haloterapiyanın əsas təsiri tənəffüs sisteminin üzvlərinin təmizlənməsidir. Hüceyrələr sağlamlıq üçün faydalı olan ionlarla zənginləşir və beləliklə, ağ ciyərlərin funksiyası bərpa olunur, tənəffüs yolları isə tozdan və patogen bakteriyalardan təmizlənir.