Regional Psixologiya Mərkəzi xəritədə

Regional Psixologiya Mərkəzi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1000 *** 3 səs

Regional Psixologiya Mərkəzi haqqında

RPM (Regional Psixologiya Mərkəzi) 2003-ci ilden öz fəaliyyətinə, yerli şirkət və qurumlara təlim, tədris və məsləhətçilik xidmətləri göstərməklə başlamışdır. Fəaliyyətinin ilk dövrlərində sadəcə yerli mütəxəssislərlə işbirliyi quran RPM şirkəti, tez bir zamanda artıq bir çox xarici ölkələrdə fəaliyyət göstərən 20-dən artıq eyni profilli şirkətlərlə geniş və dərin münasibətlər yaratmağa müvəffəq olmuşdur. Fəaliyyətimizin əsas profillərindən biri, şirkət əməkdaşlarına psixoloji məsləhətlər vermək, onları narahat edən məsələlərdə psixoloji yardımlar göstərmək, fərdi konsultasiyalar aparmaq, eləcədə də psixologiya sahəsində biliklərini artırmaq istəyənlərə xüsusi dərslər keçməkdən ibarətdir.

Bizim göstədiyimiz xidmətlər daha çox insanlarla əlaqədə olan mediya işçiləri tərəfindən yuksək qiymətləndirilmişdir. Artıq bir neçə müddətdir ki, bizim məsləhətlərimiz müxtəlif radio və TV proqramlarında təmənnasız yayılır.Bir çox təşkilatların psixoloji dəstəyi olan RPM onların inkişafını öz xidmətləri ilə reallaşdırır.Psixoloqun məqsədi insanın özünü, öz həyatını kənardan yaxşı görə bilməsi üçün şəraiti yaratmaqdan, motivi dərk etməyə, problemlərin nədən qaynaqlandığını izah etməyə və bundan çıxış yollarını göstərməkdən ibarətdir.