Realgaz xəritədə

Realgaz

Bakı, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçə, 95A AZ1128 *** 4 səs

Realgaz haqqında

Biz, “RealQaz” MMC olaraq Azərbaycan qaz satışı bazarında 9 ildən artıqdır ki, sərfəli şərtlərlə fəaliyyət göstəririk. “RealQaz” şirkəti vasitəçiliklə deyil, real olaraq texniki qazların (azot, oksiqen və s.) istehsalı, satışı və servisi ilə məşğul olur. Şirkətimiz texniki qazların istehsalını öz zavodumuzda gerçəkləşdirir.

RealQaz şirkətinin fəaliyyət istiqamətləri

  • Oksigen (O2) (texniki və tibbi) və Azot (N2) qazlarının istehsalı və Karbon (CO2), arqon (Ar), Propan (Pr), Helium (He) və s. bu kimi texniki qazların satışı;
  • Argomix qazlarının istehsalı və satışı
  • Qaz balonlarının təmiri, hidravlik sınaqdan keçirilməsi, rənglənməsi, balonların sertifikatla təmin olunması, qaz reduktorlarının, şlanqların, xomutların və digər qaz avadanlıqlarının satışı.
  • Onshore və offshore 12 və 16 balonluq manifold sistemli qaz çərçivələrinin təchizatı.
  • Yüksək təzyiqli qaz balonlarının (300bar işçi təzyiqi, 425bar test təzyiqi) və bu balonlar üçün 48-lik offshore balon çərçivələrinin təchizatı.

Qaz balonlarının sertifikatla təmin olunması şərti ilə onların təmirinə sifarişlər qəbul edilməsi, balonların hidravlik sınaqdan keçirilməsi, onların rənglənməsi “RealQaz” şirkətinin əsas fəaliyyət istiqamətlərindəndir.Şirkətimiz sifarişlərin qısa zaman ərzində ünvana çatdırılma xidmətini də göstərir.Şirkət Oksigen, Propan və Arqon qaz balonlarının hidravlik sınağı üçün onların sertifikatla təmin olunması şərti ilə sifarışlər qəbul edir. Sınaq məntəqəsində Oksigen, Propan və digər qaz balonlarının sınağı texniki təhlükəsizlik şəraitində keçirilir.

Ətraf Mühit Təhlükəsizliyinə Yanaşma

Hazırda “RealQaz” MMC öz fəaliyyət sahəsində OHSAS 18001 sertifikatına layiq görülmüş yeganə şirkətdir.Texnikadakı irəliləyişlər, keyfiyyət, məhsuldarlıq, iqtisadiyyat və ətraf mühitlə bağlı yeni tələblərin müəyyən edilməsi ilə nəticələnir. Bu tələbləri yerinə yetirməkdə “RealQaz” şirkəti digər şirkətlərlə müqayisədə daha böyük potensiala malikdir.Əvvəla, bizim uzun illərdir ki, hər bir biznes sektorunda qaynaqçılar və qaynaqçılıq üzrə mühəndislərlə sıx əlaqələrimiz var və ikincisi bizim elmi-tədqiqat və araşdırma şöbələrimiz böyük təcrübəyə, yüksək səviyyəli texnologiyaya və resurslara malikdir.

Birləşmiş İdarəetmə Sistemi

RealQaz MMC, keyfiyyəti idarəetmə sistemi yüksək olduğundan, Bureau Veritas Certification Təşkilatı tərəfindən 07.12.2005-ci ildə (İSO) 9001:2000 keyfiyyət nişanına layiq görülmüşdür. Eyni zamanda təhlükəsizlik texnikasınının bütün qaydalarını yerinə yetirərək və bütün sahələrdə aparılan işlər ilə dayanmadan təkmilləşərək təhlükəsizlik texnikası üzrə Siyasətini tərtib etmiş və nəticə olaraq 2008-ci ilin
dekabr ayinda DNV şirkəti tərəfindən OHSAS 18001 Sertifikatına layiq gorülərək bir ilkə imza atmışdır – texniki qazların istehsalı və satışı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında bu sertifikatı almış ilk şırkət olmuşdur. Lakin bununla da kifayətlənməyən şirkətimiz artıq ISO 9001, OHSAS 18001 və ISO 14001 Beynəlxalq standartlarına uyğun Birləşmiş İdarəetmə sisteminin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə DNV şirkəti tərəfindən sertifikatlaşdırılmışdır.

Şirkətin aldığı mükafatlar və nailiyyətlər

  • İLİN ƏN YAXŞI BİZNESS MÜKAFATI 2007 – BP tərəfindən verilib;
  • “Ən yaxşı Ticari Marka” Beynəlxalq Mükafatı, 2006 – “Ticarət Qabaqcılları Klubu” tərəfindən verilib;
  • Keyfiyyət və üstünlük üzrə 5 qitəni əhatə edən mükafat, 2008 - “OtherWays” Beynəlxalq Biznes Assosiasiyası tərəfindən verilib.