Qusar Rayonu İcra Hakimiyyəti xəritədə

Qusar Rayonu İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Qusar, 134 AZ3800 *** 2 səs

Qusar Rayonu İcra Hakimiyyəti haqqında

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonu sərhədlərinin uzunluğu 200 km-dən çoxdur. Bunun 170 km-i quru,45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir.Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan), şimal-şərqdən Xaçmaz rayonu, cənub-şərqdən isə Quba rayonu ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır.

Qusarın tarixi

Qusar – "suvari qoşun növü" mənasını verir. İlk dəfə Qusar adı Macarıstanda 1458-ci ildə işlədilmişdir, Rusiyada isə 1917-ci ilədək mövcud olmuşdur. Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.

Azərbaycan Respublikasının şimal-şərqində yerləşmiş Qusar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır.1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildən bura şəhər statusu verilmişdir.Qusar şəhəri1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.Qusarçay vadisində, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 01 noyabr 2011-ci il tarixə 90438 nəfərdir. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır.