Qusar rayon Gənclər və İdman İdarəsi xəritədə

Qusar rayon Gənclər və İdman İdarəsi

Heydər Əliyev prospekti, Qusar, 119B AZ1000 *** 1 səs

Qusar rayon Gənclər və İdman İdarəsi haqqında

Qusar rayon Gənclər və İdman İdarəsi 1994 – cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən biz aşağıdakı istiqamətlərdə iş aparırıq: genclərin vətəndaşlıq və vətəpərvərlik tərbiyəsi,gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı,gənclərin sağlamlığının qorunması, gənclərin işlə təmin olunmaları,gənclərin asudə vaxtların təşkili,idman yarışların təşkili və keçilrilməsi.Fəaliyyət göstərdiyimiz müddətdə idarə tərəfindən bir sıra idman yarışları,əmək yarmarkaları,sərgi,konsert,diskotekalar keçirilmişdir.

2008 – ci ilin sentyabr ayından rayonumuzda olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir.Hazırda Kompleksdə idmanın taekvando, cudo,stolüstü tennis, üzgüçülük,boks,kingboksing, universal döyüş və bədii qimnastika növləri ilə 600-ə yaxın idmançı məşğul olur.

Qusar rayon Gənclər və İdman İdarəsinin məqsədi

Bizim əsas məqsədimiz –rayonumuzda gənclər siyasətini inkişaf etdirmək, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etdirməkdir.Siz hər zaman bizə müraciət edərək bizim köməyimizə arxayın ola bilərsiniz.Eyni zamanda rayonumuzda Uşaq- gənclər və idman məktəbi fəaliyyət göstərir.Məktəbdə Cudo,Yunan –Roma, Futbol və Voleybol idman növləri üzrə bölmələr fealiyyət göstərir.Son illər rayonumuzda Qol güləşi idman növü sürətlə inkişaf edir. Rayonumuzun idmançıları dəfələrlə respublika və beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişdir.

2009-cu ilin iyul ayından Gənclər evində idarə idarə tərəfindən pulsuz İnternet klub yaradılmışdır.Eyni zamanda uşaq yeniyetmə və gənclər üçün İngilis dili və kompüter kursları təşkil olunmuşdur.Gənclərimiz idarə tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edirlər.