Qobustan Rayon İcra Hakimiyyəti xəritədə

Qobustan Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Qobustan, 1 AZ3700 *** 1 səs

Qobustan Rayon İcra Hakimiyyəti haqqında

Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir.

Qobustan rayonunun tarixi

Qobustan rayonu Azərbaycanın Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. İlk adı Duvannı olmuşdur. Duvannı stansiyası 1893-1994-cü illərdə yaranıb. 1901-1905-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft göndərilib. 1935-1937-ci illərdə Azərbaycanda ilk dəfə olaraq Duvannıda kəşfiyyat neft buruğu işə salınıb. 1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub. 1950-1954-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla). 1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.

Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə – "Daş dövrü"nə təsadüf edir.

Qobustan inzibati rayonunun ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çingil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqdə, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.