Qəbələ Rayon Məhkəməsi xəritədə

Qəbələ Rayon Məhkəməsi

Qəbələ, Nəsimi küçəsi, 67 AZ3600 *** 0 səs

Qəbələ Rayon Məhkəməsi haqqında

Qəbələ Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qəbələ rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Qəbələ Rayon Məhkəməsini yaranması

Qəbələ Rayon Məhkəməsi 1930-cu ildə təşkil edilmişdir. 1930-1946-cı illərdə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının, 1946-1959-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin, 1960-1970-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin, 1970-ci ildən 1991-ci ilin mart ayınadək Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qutqaşen Rayon Xalq Məhkəməsi, 1991-1997-ci illərdə isə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qəbələ Rayon Xalq Məhkəməsi adı altında fəaliyyət göstərmişdir. 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsi adı altında fəaliyyət göstərir.