Qayğı-Sağlam Nəsil Naminə İctimai Birlik xəritədə

Qayğı-Sağlam Nəsil Naminə İctimai Birlik

Bakı, Xətai rayonu, Nobel prospekti, 15 AZ1000 *** 1 səs

Qayğı-Sağlam Nəsil Naminə İctimai Birlik haqqında

"Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi 01.07.2013 tarixində Heydər Əliyev fondu, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilib. Birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi" və "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi" daxildir. Bakının Nizami rayonunda yerləşən “Qayğı” Reabilitasiya Mərkəzi 1952-ci ildə inşa olunub. 2012-ci ildə bağçada yenidənqurma işlərinə başlanılıb. 2013-cü il mayın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak edib. Uşaq bağçası tipli mərkəz əsasən uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı reabilitasiya tədbirləri də həyata keçirilir. "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi" 01.04.14 tarixindən fəaliyyətə başlayıb. Mərkəzdə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir.

"Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin əsas vəzifələri

  • Əlil, sağlamlıq imkanları məhdud olan və köməyə ehtiyacı olan uşaqların müalicə və reabilitasiyanı təmin etmək, bu sahədə maddi-texniki infrastrukturu təkmilləşdirmək və mövcud imkanlardan səmərəli istifadə etmək,
  • Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların sosial məsələlərinin həlli istiqamətində onlara dəstək vermək;
  • Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almasını təşkil edib bu sahədə müvafiq tədbirləri həyata keçirmək;
  • Sağlamlıq imkanları məhdud və əlil uşaqların cəmiyyətə uyğunlaşmaları üçün zəruri tədbirləri görmək;
  • Respublikada olan uşaq tərbiyə və müalicə müəssisələrinin fəaliyyətinin təşkil edilməsinə dəstək vermək, bu sahədə mövcüd infrastrukturun inkişaf etdirilməsi üçün köməklik göstərmək;
  • Sağlamlıq imkanları məhdud və əlil uşaqlara dəstək verilməsi məqsədilə psixoloji və hüquqi yardım mərkəzlərini təşkil etmək;
  • Qayğıya ehtiyacı olan xəstə və sağlamlıq imkanları məhdud olan uşaqlarla əlaqədar sosial layihələrinin təşkil edilməsini həyata keçirmək;
  • Əlil və sağlamlıq imkanları məhdud uşaqların spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş müvafiq tədbirləri həyata keçirmək;