Qafqaz Thermal Hotel & Spa xəritədə

Qafqaz Thermal Hotel & Spa

Yengicə kənd yolu, Qəbələ AZ1000 *** 0 səs

Qafqaz Thermal Hotel & Spa haqqında

Qafqaz Yengicə Hotel müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir.Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir.Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Buna əlavə olaraq otelimizdə Naftalan nefti ilə müalicə prosedurları mövcuddur.Qafqaz Yengicə Hotel Naftalan neftinin mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini Sizin xidmətinizə təqdim edir.

Otelin xidmətləri

Otelimizdə spa mərkəz,i idman salonu, qapalı hovuz ,restoran və bar istirahətinizi səmərəli şəkildə tamamlamağa kömək edəcəkdir. Mineral suyun müalicə etdiyi xəstəliklər: sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s. Naftalan neftinin müalicəvi xüsusiyyətləri:dəri xəstəlikləri , nevroloji xəstəliklər, dayaq hərəkət sistemi xəstəlikləri ginekoloji və uroloji xəstəlliklər, burun-boğaz stomatoloji və ürək damar xəstəlikləri. Qafqaz Yengicə Hotel Qəbələ raoyununun Yengicə kəndində yerləşir. Otelimizin yaxınlığındakı məşhur Yeddi Gözəl şəlaləsi və Nohur Gölünü gəzmək imkanınız olacaqdır.Otel ərazisindəki süni göllər xüsisi bir mənzərə yaradaraq güzünüzü oxşayacaqdır. Qəbələnin mərkəzindən 18 km məsafədə Qəbələ Hava Limanı 40 km Gəncə Hava Limanı 207 km Heydər Əliyev Hava Limanı 250 km məsafədə yerləşir.

Otaq xidmətləri

  • Mərkəzi isitmə və kondisioner sistemi
  • Düz ekran TV
  • Kabel TV kanallar
  • Mini bar
  • Fen
  • Telefon
  • Makyaj aynası
  • Seyf ( kodlu )
  • Hamam otağı (duşlu)

Spa & Fitness

Unikal Yengicə istisuyunun müalicəvi gücünü spa salonumuzda hiss edəcəksiniz.Yüzillər boyu istifadə olunan təbii müalicə vasitəsi və şəfa gətirən bu möcüzəvi su müasir tibbin köməyi ilə insanlara rahatlıq və sağlamlıq verir.Yalnız Azərbaycanda çıxan Naftalan nefti ilə müalicə spa mərkəzimizdə mümkündür.Neftin unikal tərkibi bədəndə olan toksinlərin çıxmasını təmin edərək müalicəvi təsir edir.Spa mərkəzimizdə peşəkar işçi heyəti Sizin rahat və qayğısız şəraitdə istirahət etməyinizi təmin edəcəkdir. Burada ayrı-ayrılıqda masaj kabinələri, gözəllik salonu müalicə və rahatlığın birləşdiyi gözəl məkandır. Sağlamlıq Mərkəzində xanımlar və bəylərin rahatlıqla istirahəti üçün xanımlar ayrı, bəylər ayrı Türk hamamı, sauna və buxar hamamları fəaliyyət göstərir. Qapalı hovuzu mövcuddur.