Qafqaz Sahil Hotel xəritədə

Qafqaz Sahil Hotel

Lənkəran, Heydər Əliyev prospekti, 261 AZ1000 *** 1 səs

Qafqaz Sahil Hotel haqqında

Qafqaz Sahil Hotel mavi Xəzərin,gözəl təbiəti,mədəniyyəti və zəngin mətbəxi ilə Azərbaycan turizminin ulduzuna cevrilen Lənkəranın tayı bərabər olmayan sahil zolagında yerləşir.Otelin əlverişli yerləşimi həm istirahət üçün,həm də işgüzar səfərə gələnlərə xidmət göstərmə imkanı verir.Çox məqsədli tətil üçün dizayn edilmiş Qafqaz Sahil Hotel Xəzərin ucsuz bucaqsız mənzərəsi ilə məstedici bir istirahət təmin edir.Restoranımız, Saglamlıq klubumuz və gözəl çimərliyimiz ilə Sizləri Lənkərandakı evinizdə salamlayırıq. Otelimizdə qonaqlara tam komfortlu istirahət bəxş edəcək 19 standart, 4 senior-suite,1 king suite ,18 kottec olmaq üzrə 42 nömrə vardır.

Otelin xidmətləri

24 saat xidmət göstərən 120 nəfərlik restoranda siz Avropa və milli mətbəximizin ləziz yeməklərindən ləzzət ala bilərsiniz. 5 suite otaq hər birində maksimum 3 nəfərin ideal rahatlıq tapa bilməsi üçün nəzərdə tutulub.Suite otaqlar standart otaqlardan fərqli olaraq 1 geniş istirahət və 1 yataq otaqdan, komfortlu mebellə təchiz edilmiş dəniz görüntülü eyvandan ibarətdir. Otaqlarda seyf, mini bar, duş( vanna otağı ), plazma ekran televizorlar, kondisionerlər və telefon vardır. Müasir avadanlıqlarla təchiz olunmuş Fitness mərkəzimiz, kişi və qadın saunalarımız sağlamlığını düşünənlər üçün doğru seçimdir.