Psixoloji Mərkəz İctimai təşkilatı xəritədə

Psixoloji Mərkəz İctimai təşkilatı

Bakı, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 1 AZ1000 *** 1 səs

Psixoloji Mərkəz İctimai təşkilatı haqqında

«Psixoloji mərkəz» ictimai təşkilatı 11 may 1999-cu ildə Ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir.Təşkilatın üzvləri 13 nəfər peşəkar psixoloq və filosofdan ibarətdir.Təşkilatın sədri psixologiya elmləri doktoru Svetlana Məjid qızı Məjidovadır.Təşkilatın məqsədi əhaliyə psixoloji kömək göstərməkdən, stressə qarşı davamlılığın, uyğunlaşmanın artırılmasından, intellektual və mənəvi inkişafın gücləndirliməsindən ibarətdir.

Psixoloji mərkəz ictimai təşkilatının vəzifələri

  • Psixologiya elminin Azərbaycanda inkişafı: şərq fəlsəfəsinə əsaslanan psixoloji məktəbin inkişafı, psixologiya elminin və psixoloji biliklərin respublikada yayilması;
  • Əhalinin müdafiəsiz hissəsinə : əlillərə, qaçqınlara, narkomanlara, alkoqoliklərə, qocalara, çətin yeniyetmələrə, yaradıcı isetedadlı insanlara və başqalarına psixoloоji kömək göstərilməsi;
  • Ümidsiz xəstə insanlara psixoloоi kömək göstərilməsi : onkoloоi xəstələr, QİÇS xəstələri;
  • Psixoloqlara, xüsusən də məktəb psixoloqlarına nəzəri və praktiki kömək göstərilməsi.

Təşkilatın üzvləri

“Psixoloji Mərkəz” psixoloqların peşə ittifaqıdır. O, 13 peşəkar psixoloq, sosioloq və filosofu ətrafında birləşdiriş Mərkəzin 6 üzvü psixologiya və fəlsəfə elmləri doktoru və namizədi elmi dərəcələrinə malikdirlər. Mərkəzin əksər üzvləri böyük nəzəri və praktik təcrübəyə malikdirlər. Təşkilatın üzvləri tərəfindən aşağıda adları göstərilən layihələr yerinə yetirilmişdir: “Qaçqın uşaqların psixoloji reabilitasiyası”, “Qadın təşkilatlarının liderlərinin şəxsiyyətinin inkişafı üzrə treninq proqramı”, “Rəhbər kadrların attestasiyası və peşəseçimi”, “KİV-in sosioloji analizi”, “Azərbaycanda yuxarı sinif şagirdlərinin dəyər oriyentasiyası”, “Abituriyent-99-un psixoloji portreti” və s.

Psixoloji mərkəz ictimai təşkilatının fəaliyyəti

Müxtəlif psixoloji problemlərin həlli üçün fərdi konsultasiyalar, qrup halında psixokorreksion treninqlər aparılır, həmçinin gənclər üçün ünsiyyət, şəxsi inkişaf qrupları vardır.Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat tərəfindən şəxsiyyətin inkişafı ilə bağlı 14 psixoloji treninq keçirilmişdir. Bu treninqlərdən 200 nəfər keçimşdir.Həmçinin məktəb psixoloqları, hüquqşünaslar, məktəbəqədər müəssisələrin tərbiyəçiləri, «SOS-kinder» təşkilatının anaları üçün müxtəlif psixoloji problemlərlə bağlı, başqa sözə, çətin yeniyetmələr, küçə uşaqları, psixodiaqnostik və psixokorreksiya metodları, neyrolinqvistik proqramlaşdırma, səmərəli ünsiyyət psixologiyası və s. məsələlərlə bağlı çax saylı treninq-seminarlar keçirilimişdir.Bir sıra kommersiya strukturları üçün marketinq tədqiqatları aparılmışdır. Peşəseçimi və attestasiya, kollektivdə psixoloji iqlim məsələləri ilə bağlı işlər görülmüşdür.

Konsultasiyalar

  • Yaşlı insanların psixoloji reabilitasiyası;
  • Onkoloji xəstələrin psixoloji reabilitasiyası;
  • Qaçqınların psixoloji reabilitasiyası;
  • Çətin uşaqların və küçə uşaqlarının reabilitasiyası;
  • Psixikanın kınaraçıxma hallarında fərdi psixokorreksiya;
  • Şəxsiyyətin inkişafı ilə bağlı psixokorreksiya proqramı;
  • Ünsiyyətin fərdi və qrup korreksiyası.